Enerji problemləri – Elektrik enerjisi

Qədim zamanlardan insanların odu əldə etdikləri vaxtdan başlamış bu günə kimi enerji axtarışı insanlar üçün əsas həyat məqsədi olmuşdur. Müasir zamanımızda həyatı enerjisiz təsəvvür etmək mümkün deyil. Yer üzərində əsas enerji mənbələri kimi neft, qaz, daş kömürdən istifadə edərək istilik və elektrik enerjisi əldə olunur. Lakin bu enerji mənbələri tükənən enerji mənbələri sayılır.
Neft-qaz, daş kömürü yandırdıqda ətrafa min tonlarla karbon qazı atılır ki, bu
Enerji problemləri  - Elektrik enerjisi
da qlobal istiləşməyə təkan verir və canlı orqanizmlərin məhvinə gətirir.
Elektrik enerjisinin sənaye-istehsal mənbələri elektrik stansiyalarıdır. İstifadə edilən ilk enerji növündən asılı olaraq istilik, hidravilik, atom və başqa elektrik stansiyaları mövcuddur. Elektrik stansiyalarının əsas iş xüsusiyyətləri ondan ibarətdir ki, onlar verilmiş anda işlədicilərin tələb etdiyi qədər enerji istehsal edir. İstilik elektrik stansiyalarında yanacaqdan alınan enerjinin yalnız 30 faizi elektrik enerjisinə çevrilir, qalan 70 faizi isə itkiyə gedir. Atom elektrik stansiyalarında uranın daxili nüvə reaksiyaları zamanı ayrılan külli miqdarda enerjini elektrik enerjisinə çevrilir. Lakin uran yandırılqıdan sonrakı alınan məhsul ətraf aləmə milyon illər boyu nüvə şüalanması yayır ki, bu da bəşəriyyət üçün ağır nəticələr verir.
Su-elektrik stansiyalarında isə suyun potensial enerjisindən istifadə edərək elektrik enerjisi əldə olunur. Sudan alınan enerjinin yalnız 60 faizi elektrik enerjisinə çevrilir, 40 faizi isə itir. Sudan alınan elektrik enerjisini əldə etmək üçün xüsusi bəndlər qurulur. Bəndlərin tikintisində min hektarlarla əkinə yararlı torpaq sahələri su altında qalır.
Sadalanan elektrik enerjisi istehsal edən qurğuların vurduğu zərərləri aradan qaldırmaq üçün alternativ enerji mənbələrindən istifadə etmək zərurəti yarandı.
Hal-hazırda alternativ enerji mənbələrindən istifadə olunur ki,bunlardan küləkdən, günəşdən alınan enerji mənbələrini göstərmək olar. Günəşdən alınan energi günəş panellərində emal olunur və elektirik enerjisi kimi xüsusi batareyyalarda saxlanınılır. Günəş panelləri günəş şüalarının daha intensiv olan yerlərində qurulur və alınan enerji Azərbaycanda mövsümü xarakter daşıyır və yalnız gündüz işıqlı olduqda bu panellərdən enerji əldə etmək olur. Günəş panellərinin alınması və quraşdırılması maliyyə cəhətdən baha başa gəldiyindən kütləvi hal daşımır. Külək enerjisi küləyin kinetik energisini hava pərləri vasitısi ilə elktirik enerjisinə çevirən xüsusi qurgulardır. Küləkdən alınan enerji yalnız küləyin güclü əsdiyi yerlərdə qurulur. Bu enerji mənbəyi küləyin gücündən aslı olaraq dəyişə bilir. Külək mühərrikləri də maliyyə cəhətdən hələlik sərfəli enerji mənbəyi sayılmır. Bütün bu sadalanan problemləri nəzərə alaraq yeni bir cihaz haqqında danışmaq olar bu cihazın əsas üstünlüyü ondan ibarətdir ki, bu cihaz kənar enerji mənbəyi lazım olmadan elektirik enerjisi istehsal edir.
Cihazın çalışması Azərbaycan Elmi-Tədqiqat və Energetika İnsitutunda 4 mart 2015-ci il tarixinsə nümayiş olunmuşdur. Cihaz hər hansı enerji mənbəysiz 6 saat ərzində dayanmadan ardıcıl qoşulmuş, 3V.20 mA led lampalarını enerji ilə qidalandırıb və lampalar tam gücü ilə çalışırdı. Eksperiment ərzində onların verdiyi işığın gücü azalmadı.
Növbəti dəfə cihaza baxılması üçün Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə dəvət olunmuş, cihaza 10 mart 2015-ci il tarixində baxış keçirilmişdir və tərəflərindən bəyənilmişdir. Cihazın nümayişi zamanı onun istehsal etdiyi gərginlik 24 V, cərəyan şiddəti isə 60 mA-ə qədər yüksəlmişdir.
Bu rəylərdən başqa Azad Azərbaycan Televiziyasının çəkiliş heyyəti cihazla maraqlanmış və xəbərlər informasiya proqramında nümayiş olunmuşdur. Cihazın dəyəri maliyyə cəhətdən digər alternativ enerji mənbələrindən ucuz başa gəlir ki, buda onun üstün cəhətlərindəndir. Hələlik sadalanan bu göstəricilər cihazın model halının nümayişinin nəticəsidir. Model sənaye üçün nəzərdə tutulmuş bir şəkildə daha böyük formada düzəldilərsə dünyada analoqu olmayan enerji istehsal edən qurğuya çevrilərki, buda ölkəmizin lazımı bölgələrini elektirik enerjisi ilə təmin etmiş olar. Hal-hazırda cihazın tam yeni forması hazırlanmışdır və onun gücü səmərəliyi daha da artırılmışdır.
Eldar Ağaməmmədov,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fizika müəllimi

Şərh Yaz