İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Ağsu və İsmayıllı qonşu rayonlardır.
Türk dünyasının gözəl adətləri vardır. Qonşu qonşunun uğurlarına daim sevinib və sevinməkdədir. Bizim qazandığımız hər bir uğur Sizin də uğrunuzdur. İsmayıllı rayonunun Ağsuya yaxın bir neçə kəndinin əhalisinə biz daima tibbi xidmət göstərmişik və bu münasibət davam edəcəkdir.
Əminəm ki, biz yaxşı qonşuluq əlaqələrimizi, ənənələrimizi qoruyub saxlayacağıq. Bizim şad günümüzdə sevincimizə şərik olduğunuz və bizə təbrik məktubu göndərdiyiniz üçün Sizə öz adımdan, ağsulular və Ağsu rayonunun səhiyyə işçiləri adından təşəkkür edirəm.
Hörmətlə:
Şərabani Məlikova,
Ağsu RMX-nın baş həkimi

Şərh Yaz