Ümumrayon ağacəkmə aksiyası

Xalqımız üçün əlamətdar olan 9-10 may tarixlərində rayonun bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, meşə ərazilərində, təhsil müəssisələrinin həyətyanı sahələrində, eləcə də İsmayıllı şəhərinin Şəhidlər xiyabanının ətrafında 1 hektar, İsmayıllı-Muğanlı avtomobil yolunun kənarlarında isə 2 hektar ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiyada 8000-dən çox ağac və qızılgül kolları əkilib.
Ümumrayon ağacəkmə aksiyası
Aksiyada idarə-müəssisələr, təşkilatlar, rayon ictimaiyyətinin nümayəndələri, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbələri, İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri, ümumtəhsil məktəblərinin şagird və pedaqoji kollektivləri iştirak edib.
Kompaniyanın keçirilməsində Talıstan, Xanagah, Qalınçaq, Topçu kəndlərində fəallıq daha yüksək olub.
Əkilən ağaclar cökə, akasiya, çinar, tut, ağcaqayın və digər cinslərdən ibarət olub. Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə suvarılması da həyata keçirilib, qulluq edilməsi və qorunması isə müvafiq təşkilatlara həvalə edilib.
Ehtiram Manafov

Şərh Yaz