Şuşalı məcburi köçkünlərlə görüş

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş tərkibdə təmsil olunan Şuşa rayon məcburi köçkünləri ilə görüşüb. Tədbirdə şuşalıların müvəqqəti məskunlaşdıqları ərazinin icra nümayəndələri və bələdiyyə sədrləri, müxtəlif xidmət təşkilatlarının rəhbərləri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, məcburi
Şuşalı məcburi köçkünlərlə görüş
köçkünlərin məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, hər bir kəsin təsərrüfat fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və dövlətimiz ardıcıl və sistemli tədbirlər həyata keçirir. Həyatın davamında yaranan problemlərin həllinə rayon İcra Hakimiyyəti operativ qaydada və qayğılı münasibətlə yanaşır. Hər bir məcburi köçkünün həyatı diqqətdə saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş komandanlığı ilə ordumuzun 2-5 apreldəki zəfər yürüşü işğal olunmuş torpaqlarımıza tezliklə qayıdacağımıza bizi tam ümidli edir. Biz o yerlərə qayıdacağıq. Biz Böyük Qələbəyə çatacağıq.
Giriş nitqindən sonra bütün zamanlarda Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov fikri, sözü, təklifi olan hər bir iştirakçını səbrlə dinləyib, qaldırılan məsələlərin həlli üçün aid strukturlara tapşırıqlar verib.
Г‡ıxış edən Məmmədxan Almuradov, İsak Əliyev, Saleh Abbasov, Nizami Şahvələdov, Əyyub Əhmədov, Niyaz Abbasov və başqaları çıxış edib bildirdilər ki, yaşayışımızla bağlı heç bir problemimiz yoxdur. Dövlətimizdən hər cür qayğı görürük. Ölkə rəhbərinin qələbə əzmini alqışlayırıq, hər zaman özümüzü səfərbər sıralarda görürük. Ortaya çıxan bəzi yol, su, yanacaq problemləri rayon rəhbərliyinin köməyi ilə aradan qaldırılır. Qarşımızda duran ən böyük vəzifə ordumuza dəstək durmaqdır.
İcra Hakimiyyətinin başçısı sonda Dövlətqaçkınkomun İsmayıllı rayonu üzrə məsləhətçisi Tahir Əliyevə və Şuşa RİH-nin nümayəndəsi İsa Süleymanova fərdi qaydada şəxsi problemləri öyrənib, ümumiləşdirməyi və RİH-nə təqdim etməyi tapşırıb.
Ş.Soltanov

Şərh Yaz