Kənd təsərrüfatının inkişafı başlıca məqsəddir

4 may 2016-cı il tarixində İsmayıllı Gənclər Mərkəzində rayonda kənd təsərrüfatı işlərinin gedişi və bu istiqamətdə həyata keçiriləcək təxirəsalınmaz tədbirlər barədə geniş tərkibdə yığıncaq keçirilib.
Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər, sahibkarlar, iş adamları, inzibati ərazi dairələri üzrə rayon İcra Hakimiyyəti başçısının nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
Kənd təsərrüfatının inkişafı başlıca məqsəddir
Müşavirədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş sözü söyləyib. O, rayonda aqrar sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Rövşən Bəkirov, Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, Rayon Aqrokimya Laboratoriyasının müdiri Ağarza Zülfüqarov, fermer Oktay Bağırlı, Respublika Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və digərləri çıxış edərək rayonda kənd təsərrüfatı sahəsində işlərin gedişi, taxılın itkisiz yığılması və yanğın təhlükəsizliyinə riayət edilməsi məsələlərindən danışıblar.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə İsmayıllı rayon kənd təsərrüfatı işçiləri adından müraciət qəbul edilib.
Paşa Məmmədov

Şərh Yaz