Gənclər arasında veloyürüş

9 may 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi ilə İsmayıllı Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənclər arasında veloyürüş keçirilib.
Gənclər arasında veloyürüş
İsmayıllı Olimpiya-İdman Kompleksindən start götürən veloyürüş rayonun Mərkəzi Meydanında başa çatıb. Yürüş iştirakçısı olan 30 nəfər gənc velosipedçi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Ümummilli liderin həyat və fəaliyyəti barədə tədbir iştirakçılara ətraflı məlumat verib, ölkədə bütün sahələrdə qazanılan uğurlara görə hamımızın yalnız bu dahi şəxsiyyətin ruhu qarşısında borclu olduğumuzu vurğulayıb.
Daha sonra İsmayıllı Olimpiya-İdman Kompleksinin əməkdaşı Anar Həsənov çıxış edib. O, Ulu öndərin idmançılara göstərdiyi qayğıdan bəhs edib və ölkə idmanının çiçəklənməsi yolunda fenomen şəxsiyyət Heydər Əliyevin zəhmətinin əvəzsiz olduğunu söyləyib.
Şəhla Qafarova

Şərh Yaz