İvanovkalılar Nikolay Vasilyeviç Nikitini ehtiramla yad edir

May ayının 3-də İvanovka kəndində çalışdığı illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş qabaqcıl kənd təsərrüfatı işçisi, görkəmli ziyalı, ictimai xadim Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri qeyd olunub.
İvanovkalılar Nikolay Vasilyeviç Nikitini ehtiramla yad edir
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Dövlət qulluğu veteranı Valeh Salehov, kolxozun əmək kollektivi, kənd əhalisi, məktəblilər iştirak edib. Ulu öndər Heydər Əliyevin adını daşıyan İvanovka kənd tam orta məktəbin tarix müəllimi Nadejda Jabina çıxış edərək N.V.Nikitinin həyat yolu və əmək fəaliyyəti haqqında geniş məlumat verib. 31 il kolxozda onunla birgə çalışmış Pavel Kazakov uzun illər təsərrüfat rəhbəri işləmiş Nikitin haqqında gənc nəslə örnək olacaq xatirələrini danışıb.
Məktəblilər kolxoza, eləcə də ona 43 il sədrlik etmiş Nikitinə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir N.V.Nikitinin həyat və əmək fəaliyyətini əks etdirən sərgiyə baxış və İvanovka kəndinin “Slavyanka” folklor kollektivin konsert proqramı ilə davam etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz