Rayonun əsas demoqrafik göstəriciləri

2016-cı ilin əvvəlinə rayon əhalisinin sayı 0.9 min nəfər və yaxud 1.07 faiz artaraq 84.9 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 27.6 min nəfəri şəhər və şəhər tipli qəsəbələrin, 57.3 min nəfəri isə kənd sakinləridir. Rayon əhalisinin ümumi sayından 42.7 min nəfəri yaxud 50.3 faizi kişilər, 42.2 min nəfəri və ya 49.7 faizi qadınlardır. Hazırda hər 1000 kişiyə 988.3 qadın düşür. Rayonun bir kvadrat kilometrinə düşən əhalinin sayı 41 nəfər təşkil edir.
Rayonun əsas demoqrafik göstəriciləri
Əziz Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

2016-cı ilin əvvəlinə rayon əhalisinin sayı 0.9 min nəfər və yaxud 1.07 faiz artaraq 84.9 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 27.6 min nəfəri şəhər və şəhər tipli qəsəbələrin, 57.3 min nəfəri isə kənd sakinləridir. Rayon əhalisinin ümumi sayından 42.7 min nəfəri yaxud 50.3 faizi kişilər, 42.2 min nəfəri və ya 49.7 faizi qadınlardır. Hazırda hər 1000 kişiyə 988.3 qadın düşür. Rayonun bir kvadrat kilometrinə düşən əhalinin sayı 41 nəfər təşkil edir.
Rayonun əsas demoqrafik göstəriciləri
Əziz Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 19.7 min nəfər və ya 23.2 faiz, 15-64 yaşda olanlar 59.5 min nəfər və ya 70.1 faiz və 65 yaşdan yuxarı olanlar 5.7 min nəfər və ya 6.7 faizdir.
Əhalinin orta yaşı 33 yaş təşkil edir.
Son 5 il ərzində rayonda ildə orta hesabla 1527 körpə və ya hər gün təxminən 4 yeni kiçik vətandaş dünyaya gəlir.
Rayonda əhalinin artımı, təbii hərəkəti məhz doğum hesabına baş verir. 2015-ci ildə rayonda 1568 körpə doğulmuşdur. Doğulanlardan 840 nəfərini və ya 53.6 faizini oğlanlar, 728 nəfərini və ya 46.4 faizini isə qızlar təşkil edir. Doğum səviyyəsi ümumi əhalinin hər 1000 nəfərinə hesabı ilə 18.6 nəfər, şəhər əhalisi üzrə 19.6, kənd əhalisi üzrə 18.1 nəfər təşkil etmişdir. Ötən illə müqayisədə bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə ümumi əhali üzrə 0.2 nəfər çox, şəhər əhalisi üzrə 1.4 nəfər çox, kənd əhalisi üzrə 0.4 nəfər az təşkil etmişdir.
Doğum səviyyəsini ümumi respublika göstəriciləri ilə müqayisə etdikdə əhalinin hər 1000 nəfərinə hesabı ilə ümumi əhali üzrə 1.2 nəfər çox, şəhər əhalisi üzrə 3.6 nəfər çox, kənd əhalisi üzrə isə 0.9 nəfər az təşkil etmişdir.
Həmin bu göstəricini qonşu rayonlar olan Göyçay və Qəbələ rayonları ilə müqayisə etdikdə görürük ki, bütün əhali üzrə doğulanların sayı Göyçay rayonundan 0.3 vahid çox, Qəbələ rayonundan isə 1.3 vahid az təşkil edir. Bununla belə statistik müayinənin nəticələrinə görə diri doğulanların ümumi sayına nisbətən 7.7 faiz və ya 121 nəfər qeydə alınmamış nigahdan doğulanlardır. Bu göstərici şəhər yerləri üzrə bütün doğulanların sayına nisbətən 4.7, kənd yerləri üzrə isə 9.3 vahid təşkil edir. Rayonda orta hesabla bir qadına görə bütün ömürü boyu 2.2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Nigah vəziyyəti də doğumun səviyyəsinə əhəmiyyətli təsir göstərir. 2015- ci ildə 587 nigah bağlanmış və 97 nigah pozulmuşdur. Yəni əhalinin hər 1000 nəfər hesabı ilə 2014 –“ cü ildəki 9.4 nigah və 1.1 boşanma əvəzinə 7 nigah və 1.1 boşanma düşür. Göründüyü kimi son il ərzində nigahın səviyyəsi əhalinin 1000 nəfər hesabı ilə əvvəlki ilə nisbətən 2.4 vahid azalmış, boşanmanın səviyyəsi isə sabit olaraq qalmışdır.
Rayonda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabit olması ilə səciyyələnmişdir. Hesabat ilində rayonda ölənlərin sayı 542 nəfər olmuşdur ki, bundan 174 nəfəri şəhər, 368 nəfəri isə kəndlərin payına düşür. Əhalinin hər min nəfər hesabı ilə ölənlərin sayı 2014-cü ildəki 7.3 nəfər əvəzinə 2015-ci ildə 6.4-ə enmişdir. Ölənlərdən şəhər və kənd yerləri üzrə cəmi kişilərin sayı 280 nəfər, qadınların sayı isə 262 nəfər təşkil etmışdir. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, tənəffüs və həzm orqanlarının xəstəliklərindən ibarət olmuşdur. Ölümün səviyyəsi ömürün gözlənilən uzunluğu göstəricisində də öz əksini tapır. Bu göstərici 2015-ci ildə “74.2” il o cümlədən kişilər üçün “71.6” il, qadınlar üçün isə “76.8” il təşkil etmişdir.
Ümumi ölümün səviyyəsinin formalaşmasında körpə ölümü də az rol oynamır. 2015-ci ildə rayon üzrə doğulanlardan 21 nəfər bir yaşa qədər uşaq ölümü qeydə alınmışdır. 2014 cü ildə doğulanların 1000 nəfərinə hesabı ilə bir yaşa qədər uşaq ölümü 6.9-dan, 10-a qalxmışdır. Körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinetal dövrdə əmələ gələn xəstəliklər və eləcə də yolxucu və parazitar xəstəliklərdir.
2015-ci ildə təbii artım (1026 nəfər) əhalinin hər 1000 nəfəri hesabı ilə bütün əhali üzrə 12.2, şəhər əhalisi üzrə 13.2, kənd əhalisi üzrə isə 11.6 nəfər olmuşdur. Bu göstərici Göyçay rayonundan ümumi əhali üzrə 2.9 vahid, Qəbələ rayonundanda həmçinin 2.9 vahid az təşkil edir.
Əhalinin hər 1000 nəfəri hesabı ilə təbii artımın sayının son on ildə müqayisəli dinamikasına nəzər salaq.
2015-ci ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən İsmayıllı rayonuna 75 nəfər (15 kişi və 60 qadın) gələn, 166 nəfər(38 kişi və 128 qadın) isə gedən qeydə alınmışdır. Miqrasiyanın saldosu -91 nəfər (-23 kişi və -68 qadın) olmuşdur.
Əhalinin təhsil səviyyəsi də xeyli artmışdır. 2009-cu il siyahıyaalınmasının məlumatlarına əsasən 10 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə 823.7 nəfər təhsili olanlar düşür.
Əhalinin 2009-cu il siyahıyaalınmasının nəticəsinə əsasən rayon əhalisinin milli tərkibi aşağıdakı kimi xarakterizə olunur.
1988-ci ildən bu tərəfə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkənin, o cümlədən də rayonun demoqrafik vəziyyətinə mənfi təsir göstərmişdir. Düşmən təcavüzü rayona insan tələfatı ilə yanaşı, yarıdan çoxu qocalardan və uşaqlardan ibarət olan 725 ailə (2998 nəfər) qaçqın və 874 ailə (3475 nəfər) məcburi köçkün gətirmişdir. Son illər Respublikamızda baş verən sosial-iqtisadi inkşaf nəticəsində bir sıra dövlət proramları həyata keçirilir ki, bu da öz növbəsində qaçqın və köçkünlərin problemlərinin bütün respublikada o cümlədən də İsmayıllı rayonunda da tədricən həllinə yol açır və demoqrafik inkşafa şərait yaradır.

Şərh Yaz