Mücühəftəran kəndində səyyar görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 21 aprel 2016-cı il tarixdə Mücühəftəran kəndinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Ölkənin, rayonun ayrı-ayrı yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafından söz açan RİH-nin başçısı M.Sadıqov son günlərdə Qarabağ bölgəsindəki vəziyyətə münasibət bildirərək, vətəndaşların Prezidentin ətrafında sıx birləşmələrinin vacibliyindən danışıb. Başçı qeyd edib ki, düşmənə qarşı ən güclü silahımız birliyimizdir və çox sevindirici haldır ki, ölkənin hər yerində xalq bu birliyi nümayiş etdirməyi bacardı. Bu birliyi davam və inkişaf etdirmək lazımdır.
Mücühəftəran kəndində səyyar görüş-qəbul
Qəbulda faydalı əməklə məşğulluqdan geniş danışılıb. Ərazidə kooperativ təsərrüfatların yaradılması, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi məsələsi də gündəmdə olub.
Г‡ıxış edənlər kənddaxili elektrik dirəklərinin dəyişdirilməsi, Ruşan kəndinə çəkilmiş asfalt yoldan Mücühəftərana ayrılan yolun çınqılla örtülməsi, artezian quyusunun qazılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.
Qəbulda rayonun idarə və təşkilat rəhbərləri də iştirak ediblər. Görüşdə cari məsələlər, qarşıda duran bir sıra vəzifələr müzakirə olunub. Sakinlərin müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Ş.Soltanov

Şərh Yaz