Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydalar”na uyğun olaraq istehsalçılara yardımların verilməsi ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.
Hər bir istehsalçı əkib becərdiyi torpaq sahəsinə dair müvafiq sənədlərlə Kənd Ərazi Komissiyasına (İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə) müraciət edə bilər.
Sənəd qəbulu 25 may 2016-cı ilədək davam edəcək.
Rayon komissiyası

Şərh Yaz