Başını dik tut, şəhid atası

Ə.Babayev adına Quşencə kənd tam orta məktəbin bir qrup müəllim və şagirdi Quşencə inzibati ərazi dairəsinin nümayəndəliyi və kənd bələdiyyəsi ilə birgə 21 aprel 2016-cı il tarixdə “Şəhid ailələrinə dəstək” aksiyası çərçivəsində 02 aprel 2016-cı il tarixdə ermənilərin növbəti təxribatına cavab verərkən şəhid olmuş, həmyerlimiz, İsmayıllı rayonunun Maçaxı kəndində doğulub boya-başa çatmış Vahabov Mikayıl Yaqub oğlunun ailə üzvlərinin yanında olmuş, ailəyə dəstək nümayiş etdirmişlər.
Başını dik tut, şəhid atası
Şəhidin cümə-axşamında iştirak edən qrup üzvləri ardınca şəhidin məzarını ziyarət ediblər. Yasin surəsi ilə şəhidin əziz xatirəsi yad edilib. Ziyarətçilər dalğalanan Azərbaycan bayrağı altında uyuyan şəhidin ruhuna dualar ediblər. Г‡ıxışlar olunub, vətənpərvərliyə, cəsarət, mübarizəyə çağıran şüarlar səsləndirilib.
Sonda şəhidin məzarı qarşısında şagirdlərimiz Vətən torpağının azadlığı uğrunda canlarından keçənlərin qisasını mənfur düşməndən alacaqlarına and içiblər.
Ağagül Səfərov,
Quşencə kənd tam orta məktəbinin təhsil işləri üzrə direktor müavin
Elşad Hacıyev,
məktəbin fransız dili müəllimi

Şərh Yaz