Əmr в„– 1 hələ də qüvvədədir

İnsan öz ruhunun, duyğularının, daxili dünyasının icraçısıdır. İnsanın davranışı onun ruhunun, daxili aləminin rahat və əlvan olmasından çox asılıdır. Ruhumuzun pak və rahat olması üçün mütləq xoş amillərlə qarşılaşmalı, ətrafdakı yaxşı işlərdən rövnəqlənməliyik.
 Əmr в„– 1 hələ də qüvvədədir
 Əmr в„– 1 hələ də qüvvədədir
Bəs nədir insan ruhunu dincəldən, gözəlləşdirən? İlk olaraq Allahın bizə verdiyi bütün gözəllikləri görüb də şükür etməyi bacarmaq, daha sonra təbiəti bol-bol seyr etmək, kitab oxumaq və ya musiqi dinləmək. Musiqini ifa edən sənətkarlar isə insan ruhunun dincəlməsinə xidmət edən sənətkar, insanın ürək yaralarına məlhəm çəkən loğmandır. Hələ kiçik yaşlarından Musiqi dinləmək insanın tərbiyə olunmasında önəmli rol oynayır. Azərbaycan xalqı xoşbəxt xalqdır, bizim kifayət qədər tərbiyəvi əhəmiyyətli və yüksək səviyyəli musiqi sənətimiz var. Yaşı tarixin özündən belə qədim olan və dünya durduqca yaşayacaq Muğamımız, xalq mahnılarımız, Ölməz sənətkarlarımızın bizə miras qoyduğu milli musiqilərimizi dinləyən bir xalq, bir cəmiyyət bəllidir ki, yüksək mədəniyyətə, dünyəvi fikirlərə malik olacaqdır. Yəqin bu kimi amillərin təsirinin nəticəsində, bu gün Azərbaycan dünyada öz suverenliyi, yüksək mədəniyyəti, tarixi şəxsiyyətləri ilə xüsusi hörmət və ehtiramın qazanılmasına nail olmuşdur.
Musiqi dünyamızı zənginləşdirən isə milli musiqi alətlərimizdir. Musiqi alətlərimizin hər birinin yaranma tarixi elə çağlara gedib çıxır ki, buna sadəcə, heyrətlənmək olar. Təbii olaraq böyük və qədim xalqlar zəngin musiqi irsinə yiyələnir. Təkcə muğamlarımızı xalqımızın qədim dünyagörüşünün təzahürü kimi qəbul və təqdim etmək olar. Muğamların yaranmasında isə el bəstəkarları, virtuoz musiqiçilərin böyük rolu olub. Muğamdan söz düşəndə ilk növbədə tar göz önünə gəlir. Tar muğamın yaranışı və ifasında xüsusi yerə malikdir. Xalqımızın çoxçeşidli musiqi alətləri ailəsində tarın yerini təsəvvür etmək üçün Mikayıl Müşfiqin fikirlərinə müraciət etmək yetərli olardı. Tanınmış türkoloq, ədəbiyyatşünas Əjdər Fərzəli Qorqud kitablarından birində tarla bağlı maraqlı təsvir verib. Alim tarı insanın ağ ciyərlərinə bənzədib.
Müasir Azərbaycan tarı çox təkmildir və böyük inkişaf yolu keçib. Tarın pərdələrində minlərlə böyük sənətkarın, soydaşımızın, babalarımızın barmaqları gəzib. Bu alətin səsində bir ecaz, ovsun var. Nəsillər dəyişsə də tara, onun ifaçısı olmağa can atan sevgi azalmaq, köhnəlmək bilmir.
Sahib Həşimov 22 aprel 1956-cı ildə İsmayıllı rayonunda doğulub. Lap uşaqlıqdan mükəmməl musiqi duyumuna sahib idi. Onun bu duyumunu sezən atası Əzməmməd kişi çox istəyirdi ki, radionun efirindən eşitdiyi muğamları, tar səsini doğma ocaqda dinləsin. Elə bu istəklə də o, balaca Sahibi rayon mərkəzindəki musiqi məktəbinə gətirdi. Məktəbdəki ilkin sınaq müsahibəsini uğurla keçən məktəbli həm də musiqi məktəbinin şagirdi oldu. Hər iki məktəbi müvəffəqiyyətlə bitirən Sahib 1974-cü ildə Şəki musiqi orta ixtisas məktəbində daxil olub, 1975-ci ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə, hərbi xidmətdən qayıtdıqdan sonra musiqi təhsilini davam etdirib. Şəki musiqi orta ixtisas məktəbini bitirib və 1982-ci ildən İsmayıllı rayon musiqi məktəbində çalışır. Xasiyyətindəki həlimlik, səbir və təmkin, sənətinin bilicisi olması onu əsl pedaqoq kimi formalaşdırıb.
Maraqlı faktdır ki, Sahib müəllimin əmək kitabçasına yazılan “Əmr в„– 1” hələ də qüvvədədir.
Sahib müəllim gözəl sənətkar, əsil vətəndaş, qayğıkeş ata və sevimli babadır. O, vətəninə, xalqına öz sənəti ilə xidmət edir. Bu baxımdan Sahib müəllim 43 illik pedaqoji fəaliyyəti dövründə çalışdığı kollektivinin və şagirdlərin də xüsusi rəğbətini qazanıb. Bir pedaqoq, bir incəsənət işçisi kimi milli musiqimizə öz töhfələrini verib.
Elə gəncliyindən səbirli və təmkinli olan bu sadə insana baba titulu çox yaraşır. Onun üç övladı, beş nəvəsi var. Nəvəsi Gəray Həşimli musiqi məktəbinin istedadlı şagirdlərindəndir. Gəray, babasının ürək verdiyi, ömrünü həsr etdiyi sənətin mükəmməl davamçısı olmaq niyyətindədir.
Sahib Həşimovun iş təcrübəsi barədə müxtəlif zamanlarda bir sıra mətbu orqanlarda məqalələr də dərc olunub. Tərifi sevməyən bu pedaqoqun – Sahib müəllimin 60 yaşı tamam olması xəbərini də biz sizə çatdırırıq. Fürsətdən istifadə edib ömrün yeni baharını qarşılaması münasibəti ilə Sahib müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, çətin olduğundan daha çox ürək açan, zövq oxşayan, sevimli peşəsində davamlı uğurlar diləyirik.
Elnarə Günəş

Şərh Yaz