Müsabiqənin sevindirici nəticələri

Azərbaycan Futurolorlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Azərbaycan məktəblərinin 9-11-ci sinif şagirdləri arasında “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsi keçirir.
Müsabiqə Minilliyin Layihəsinin 15 Qlobal Г‡ağırışları üzrə, Minilliyin Layihəsinin bölmələri tərəfindən müxtəlif ölkələrdə keçirilir.
Müsabiqənin məqsədləri aşağıdakılardır:
Müsabiqənin sevindirici nəticələri
Müsabiqənin sevindirici nəticələri
Müsabiqənin sevindirici nəticələri
Müsabiqənin sevindirici nəticələri
Müsabiqənin sevindirici nəticələri
1. Qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-biri ilə əlaqəli olduğunun və bunun özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsi.
2. Dünyada baş verən siyasi, iqtisadi, demokratik, ekoloji, texnoloji və digər dəyişikliklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmalı olduğunun başa düşməsi.
3. İnformasiya texnologiyalarının insan həyatının müxtəlif sahələrinə təsiredici və tənzimləyici qüvvəsi artdıqca fərdlərin imkanlarının başa düşməsi.
4. Qlobal dəyişikliklərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi.
IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən bu müsabiqədə İsmayıllı məktəbliləri davamlı olaraq uğurlu nəticələr qazanırlar.
Bu il keçirilən “Gələcək nəsillərlə üz-üzə” 6-cı Ümumrespublika İnşa müsabiqəsi məktəblilərimiz üçün xüsusilə uğurlu olub.
Rayon məktəblilərindən 5 nəfəri müxtəlif nominasiyalar üzrə müsabiqə qalibi adını qazanıb.
Lahıc qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Səfərova Lamiyənin “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi” mövzusunda yazdığı inşa birinci yeri tutub.
“Hər kəs üçün kifayət qədər təmiz su nominasiyası üzrə şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Qasımov Toğrul II yerin qalibi olub.
Müsabiqədə şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri xüsusilə fərqləniblər. Belə ki, məktəbin 3 nəfər şagirdi müxtəlif nominasiyalar üzrə II yeri tutub.
Şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mirzəyeva Aytac “Əhali artımı və mövcud olan resurslar” mövzusunda yazdığı inşa yazısı ilə II yerin qalibi olub.
“Enerji” mövzusunu işləyən Manafova Nərmin bu nominasiya üzrə respublikada II yeri tutmuşdur. Qeyd etmək çox xoşdur ki, Nərmin “Gələcək Nəsillərlə Üz-üzə” müsabiqəsində ikinci dəfə qalib olmuşdur. O, “Dayanıqlı inkişaf” mövzusunda yazdığı yazı işi ilə V ümumrespublika müsabiqəsində I yeri tutub.
Şəhər 2 nömrəli tam orta məktəbin daha bir şagirdi –“ Yəhyayeva Nuray “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi” mövzusunda yazdığı inşası ilə bu nominasiya üzrə II yerə çıxıb.
Müsabiqənin qaliblərinə və finalçılarına müvafiq sertifikat və mükafatlar təqdim olunacaq.
Qalibləri yüksək uğurları münasibətilə təbrik edir və onlara daha böyük qələbələr arzulayırıq.
Nəriman Qəniyev,
RTŞ-nin metodisti

Şərh Yaz