Tütün gəlirli sahədir

Tütünçülük kənd təsərrüfatının gəlirli sahələrindəndir. Royonumuzda tütünçülük ənənəvi məşğuliyyət sahələrindən biri olub. Xüsusi ilə dağətəyi rütübətlə təmin olunan zonalarda əkilib-becərilib. Əmək tutumu geniş olan bu sahə sovetlər birliyinin süqutu dövründə demək olar ki, tamamilə əkin dövriyyəsindən çıxmışdır. O dövrdə zəngin təcrübəsi olan tütünçülər hər hektardan 35 sentnerədək quru tütün istehsal edirdi. Sovetlər birliyinin ticarət zənciri qırıldıqdan sonra və aqrar sahədə aparılan islahatlar nəticəsində bu sahə demək olar ki, tamamilə sıradan çıxmışdır.
Tütün gəlirli sahədir
Tütün gəlirli sahədir
Lakin ölkə başçısının son dövrlərdəki çıxışlarında pambıqçılıq, baramaçılıq ilə yanaşı tütüçülüyün də inkşaf etdirilməsinə dair tövsiyələr vemişdir.
Bu sahənin inkşaf etdirilməsi rayonumuzun dağətəyi ərazilərində yerləşən kəndlər üçün əlverişli hesab edilir. Bu məqsədlə bu il ilkin olaraq 5 hektarda tütün bitkisinin əkilib-becərilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq, mütəxəssis kimi bəzi tövsiyələrimizi bildiririk.
Tütünün məhsuldarlığı torpaq iqlim şəraitindən, tətbiq olunan aqrotexnikadan və becərilən sortun xüsusiyyətindən asılıdır. Tütünün 100-ə yaxın botaniki görünüşü vardır. Bunlardan yalnız ikisi –“ “Nikotina tabakum” (tütün) və “Nikotina rustika” (tənbəki) mədəni növü olub, xalq təsərrüfatı əhəmiyyətlidirlər. Qalanları isə yabanı halda yayılmışdır. Tütün texniki bitkidir və müxtəlif sortları mövcuddur. Xırda yarpaqlı – ətirli sortlardan Samsun -155, iri yarpaqlılardan Ostrolist -1519, Zaqatala -67, Hibrid-66 və İmmunı-580 rayonlaşdırılmışdır. İri yarpaqlı tütün sortunun üstünlüyü ondadır ki, tütün ştillərinin yetişdirilməsinə, sahələrə əkilməsinə, yarpaqların dərilməsinə nisbətən az əmək əmək sərf edildiyindən vahid məhsulun maya dəyəri ucuz başa gəlir.
Yüngül mexaniki tərkibə malik orta gillicəli, habelə qumsal, yumşaq və dənəvər sturukturlu, su sızdırma və yüksək hava keçirmə qabiliyyətinə malik torpaqlar yüksək keyfiyyətli məhsul əldə etmək üçün ən yaxşı torpaqlar hesab edilir. Tütün yetişdirmək üçün çınqıllı torpaqlar da yararlıdır. Meşə yerlərindən, kötüklərdən və kolluqlardan təmizlənmiş sahələrdən tütün əkini üçün istifadə edilməsi məsləhət görülür. Ağır, gilli, suyu və havanı zəif keçirən, geç isinən torpaqlar nə qədər münbit olsalar da, tütün bitkilərinin inkşafına pis təsir edir. Tütün dənli bitlilərə nisbətən, torpaqdan daha çöx qida maddələri aparır və ona görə də bir sahədə təkrar bir neçə il əkildikdə, həmin sahələr həm qida maddələrindən kasıblaşır, həm də torpağın sturukturu pozulur.
Tütünün növbəli əkininə, tərəvəz və bostan bitkilərinin daxil edilməsi qəti yolverilməzdir. Belə ki, həmin bitkilərin xəstəlik törədiciləri və zərəvericiləri tütünü asanlıqla sirayətləndirir.
Tütün əkiləcək sahələr diqqətlə becərilməlidir. Yaxşı becərilməmiş torpaqlarda bu bitki ləng kök atır, onun boyu balaca olur. Nəticədə, az və keyfiyyətsiz məhsul verir.
Tütün əkiləcək sahələrdə şumun dərinliyi 23-27 santimetr olmalıdır. Şumlanma müddətinin əhəmiyyətini nəzərə alaraq şum qatını payızda, torpaq kifayət qədər rütubətli olduqda, üzvi maddələrin cücərməsi üçün lazımı şərait yarandıqda çevirmək lazımdır. Dondurma şumu sentyabrın sonunadək çıxarılmalıdır.
Dondurma şumu edilmiş sahələr, yağan qarı saxlamaq və nəmliyi itirməmək məqsədi ilə malalanmayıb, tirəli saxlanılmalıdır.
Yazda torpağın becərilməsi. Payızda dondurma şumu edilmiş sahələr, erkən yazda hava şəraiti imkan verən kimi rütubətli saxlamaq, onu lazımı qədər yumşaq və təmiz olmasını təmin etmək üçün malalanmalıdır. Bu əməliyyatdan sonra ştil əkilənədək xeyli müddət qalır. Bu müddətdə əmələ gəlmiş alaq otlarını məhv etmək üçün 2-3 dəfə 10-12 santimetr dərinlikdə kultivasiya edilməlidir. Ştil əkininin başlanması ilə qurtarması arasındakı müddət 15-20 gün olmalıdır.
Tütünün gübrələnməsi. Gübrəni normal miqdarda verdikdə məhsuldarlığa və keyfiyyətə müsbət təsir göstərir. Hər hektara təsiredici maddə hesabı ilə aşağıdakı miqdarda mineral gübrə vüemək məsləhətdir: Azot 90-120 kq, fosfor135-150 kq, kalium 100-120 kq.
Tarlaya gübrə bərabər paylanmalıdır və dərhal torpağa basdırılmalıdır. Xlor tütünün keyfiyyətinə pis təsir etdiyi üçün kalium sulfat verilməlidir.
Tütün bitkisi becərmədə çox diqqətli olmağı, aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsini tələb edir.
Akif Əsədov,
İsmayıllı rayon BMM-nin rəisi

Şərh Yaz