“Şahin”lər İsmayıllıda

10 rayonun – Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Bərdə, Göyçay, Ağdaş, Qobustan, Şamaxı və Ağsu rayonlarının “Şahin” hərbi-idman oyunu komandalarının zona yarışı İsmayıllıda keçirilib.
Yarışın açılışından əvvəl yarış iştirakçıları və qonaqlar 3 saylı tam orta məktəbin ərazisindəki “Şəhidlər” kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
 “Şahin”lər İsmayıllıda
Tədbiri giriş sözü ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq yarışın məqsəd və şərtlərindən, qaydalarından danışıb, komandaları İsmayıllı gəncləri adından salamlayıb.
İşğalçıya layiq olduğu cavabı verərkən şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək RİH başçısı adından komandaların üzvləri və rəhbərlərini salamlayıb, yarış iştirakçılarına uğurlar arzulayıb, rayonun sosial-iqtisadi inkişafı və təhsil sahəsində İsmayıllının nailiyyətləri barədə məlumat verib.
Hərbi Xidmətə Г‡ağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov gənclər qarşısında çıxış edərək onları hərbi işi daha müəkəmməl öyrənməyə, orduya məktəb illərindən hərtərəfli hazırlaşmağa səsləyib.
İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Altay Paşayev tədbirdə iştirak edib.
Yarışlara start verilib. Gün ərzində davam edən zona yarışında Zərdab rayonu birinci, Kürdəmir rayonu ikinci və Bərdə rayonu üçüncü yeri qazanıb. Mövcud qaydalara uyğun olaraq birinci və ikinci yeri tutan komandalar Respublika yarışında iştirak edəcək.
Qalib “Şahin”lərə Gənclər və İdman Nazirliyinin diplomları, İsmayıllı rayon Gİİ-nin diplomları və hədiyyələri verilib.
Komandalar İsmayıllıya səfərdən aldıqları xoş təəssüratlarla öz bölgələrinə qayıdıblar.
T. Məhərrəmov

Şərh Yaz