Maarifləndirmə sahəsində tədbir

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu Regional Miqrasiya İdarəsi (ARMİ) İsmayıllı rayonunun Qalagah kəndində uzun müddət sənədsiz və qeydiyyatsız yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə növbəti dəfə, 27 aprel 2016-cı il tarixdə maarifləndirmə sahəsində tədbir keçirib.
Maarifləndirmə sahəsində tədbir
ARMİ tərəfindən xidməti ərazisinə aid olan İsmayıllı rayonunda qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların Miqrasiya Qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə ərazisində olma və yaşamalarının leqallaşdırılması və sənədləşdirilməsi, eləcə də, vətəndaşsızlıq hallarının azaldılması istiqamətində maariflənmə məqsədilə söhbət aparılıb.
Görüş zamanı DMX-nin fəaliyyəti, ölkədə həyata keçirilən miqrasiya siyasəti, Miqrasiya Məcəlləsinin (MM) tələbləri, eləcə də, yeni qəbul edilmiş İnzibati Xətalar Məcəlləsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı müvafiq tələblər tədbir iştirakçılarının diqqətinə çatdırılmış, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin mütləq qaydada Azərbaycan Respublikası ərazisində olma və yaxud yaşamasının leqallaşdırmasının vacibliyi qeyd edilmiş, inzibati qanunvericiliyin tələblərini pozan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin isə, inzibati məsuliyyət daşıdıqları vurğulanmışdır.
Daha sonra, ARMİ-nin əməkdaşları ərazidə yaşayan vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Eləcə də, sənədsiz və qeydiyyatsız yaşayan və MM-nin tələblərini pozan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin edilməsi məqsədilə, qanunvericilikdə tələb olunan sənədlərlə DMX-ə müraciət etmələri tövsiyyə olunub.
ARMİ bu sahədə tədbirləri davam etdirir.
Ş.Soltanov

Şərh Yaz