“Dağ çiçəkləri”

Vardı

Mənim də anam vardı, mənim də atam vardı,
Yıxılanda mənim də əlimdən tutan vardı.

Elə bilirdim məndən güclüsü yox dünyada,
Məni əyən, sındıran, nə də bir batan vardı.
Heyif, analı dünyam, heyif, atalı dünyam,
Г‡ağıranda hay verib, hayıma çatan vardı.

Hər xətam bağışlanar, hər səhvim keçilərdi,
Guya, mənim nə səhvim, nə də bir xətam vardı.

Başqa ləzzəti vardı yeyilib, içilənin,
Tamımıza əlinin duzunu qatan vardı.

Başımıza sığaldı kasıblığın əlləri,
Gecələr dərdimizlə baş-başa “yatan“ vardı.

Bir saraya bənzərdi o kasıbca evimiz,
Başımızın üstündə çinartək bitən vardı.

İndi hanı o günlər, indi hanı o illər?
Heyif, heyif o vaxtdan, onda ayrı tam vardı !!
Nazir Ziya Talıstanlı

Xeyir-şər üstündə

Xeyir-şər üstündə qurulub dünya,
Doğum nə yaxşıdır, ölüm nə yaman.
Səni aldatmasın görünüş, boya,
Bir gül zəhərlidir, birisi dərman.

Könüldə gah günəş, gah da duman-sis,
Nədənsə qaçağıq, nəyəsə həris.
Qaçdı-qovdudadır qəlbdə iki hiss,
Birisi inamdır, biri şəkk, güman.

O deyir: “Hər sözə kortək baş əyin“,
Bu deyir: “Г‡ırağın olsun baş-beyin “.
Dünyanı anlayıb dərk eləməyin
Bir adı küfr imiş, bir adı iman.

Rahatlıq, üzgünlük var hər zəhmətdə,
Halal da, haram da eyni qismətdə.
Birgədir, birləşmir bir cəmiyyətdə,
Qutblərə bənzəyir qul ilə sultan.

Qalacaq Qiyamət olan saatda,
Bəşəri qanunlar ayaqlar altda.
Odla oynayanlar yanacaq odda,
Qatillər hamısı olacaq qurban.
Oqtay İsmayıllı

Atmilçəyi

Məskən bilib, qurub yuva,
Yatmır ipə, yatmır sapa.
Quyruq altda, qoltuq altda,
Tük altında, neçə qatda,
Burnu iydə, ağzı dadda,
Bəyənməyir hər böcəyi,
Atmilçəyi, atmilçəyi.

Əsilzadələr

Qurbağayla tısbağa
Bir yerdə görüşdülər,
Qol-boyun öpüşdülər:
–“Eyni kökdənik, qağa,
Bax, qurbağa, tısbağa.
Görürsən kökümüzə
Necə yaraşır ağa!
Qürrələndi qurbağa,
Cumub girdi palçığa.

Hikkəli təpə

Bozardı təpə dağa:
–“ Qalmışam, dərddə, sərdə,
Г‡əkilsənə qırağa,
Mən də durum o yerdə.
Xalıq Yusifoğlu

Gözəldir

Bənövşələr kol dibində,
Lalələr döşdə gözəldir.
Gül-çiçəkdən şirə çəkən
Arılar işdə gözəldir.

Söz deyilib –“ mənası çox,
Geri dönməz atılan ox,
Mərdə üz tut, namərdə yox,
Versə zər şeş də gözəldir.

Göz oxşayan dağlara bax,
Meyvəsi bol bağlara bax.
O ərköyün çağlara bax,
Ağıl da başda gözəldir.

Yaxşılıqdır amalımız,
Dürdür, zərdir kamalımız.
“Ağ üzdə qoşa xalımız“
Kamantək qaş da gözəldir.

Gəlmişik biz bu cahana,
Yaşayırıq yana-yana.
Vətənçin alışan cana,
Gözlərdə yaş da gözəldir.
Murad Məhərrəmov

Azərbaycan əsgəri

Vətən sizə anadır,
Siz Vətənin sipəri,
Tanrı sizi qorusun,
Azərbaycan əsgəri!
Haydı, igidim haydı,
Düşmənimə divan tut,
Dayanma, dönmə geri,
Azərbaycan əsgəri!
Od yağdır düşmənimə,
Qoyma aça gözünü,
Vətən sənə güvənir,
Ver bir müjdə xəbəri
Azərbaycan əsgəri!
Dayanma, eylə savaş,
Tök başına ağır daş
Neynəsin axıdır yaş,
Bu Solmazın gözləri
Azərbaycan əsgəri!
Solmaz Şirvanlı

Bəzən düşünürəm…

Bəzən düşünürəm mən tək qalanda,
Özüm öz ömrümü bada vermişəm.
Doğma birisini sevdiyim halda,
Səhv edib könlümü yada vermişəm.

Güdaza getmişəm, dil güdazına,
Xalqın güdazına, el güdazına.
Dözməyib ruhumun işvə nazına,
Ömrümü tüstüyə, oda vermişəm.

Bu nə istək idi hər şey var ikən,
İlahi məhəbbət mənə yar ikən.
Mən işıq axtarıb, nur arayarkən,
Zülmətin səsinə səda vermişəm.
Elnarə Günəş

A bülbül

Dəyməz gözləməyə qara qarğanı,
Aç könlü, ürəyi dilə, a bülbül.
Uç dolan, seyr elə sən Qarabağı,
Göz qoy yurd-yuvaya, elə, a bülbül.

Özünə çəməni, bağça, bağı seç,
Qızılgülü olan qol-budağı seç.
Suyundan içməyə tər bulağı seç,
Qurbağa gəlməsin gölə, a bülbül.

Eşqə, məhəbbətə olan həvəsi,
Demə avazından, gizlət o səsi.
Azad eyləməyə, açıb qəfəsi,
Səni buraxmazlar çölə, a bülbül.

Verilməmiş qala hökmün, qərarın,
Gülməsə də üzə yazın, baharın.
İnana bilmərəm yanında sarın,
Gətirəsən sirri dilə, a bülbül.

İtənlər, gedənlər yerinə dola,
Bizi də Tanrımız yadına sala.
Niyyətin baş tuta, kam hasil ola,
Ağlamaya, üzün gülə, a bülbül.
Tamam Nur Tağlabiyanlı

Mən torpağın nəvəsiyəm

Mən göylərin nəfəsiyəm,
Hər çəkəndə ucalıram
Mələklərin düz yanına.
Qarabağın haqq səsiyəm,
Dünya susur, susmağına,
Eşqin canlı kölgəsiyəm,
Aşiq ürəkdə qalıram.
Girib sevginin canına,
Məhəbbətin köləsiyəm.
Babam, nənəm qoynundadır,
Mən torpağın nəvəsiyəm.
Yalançının bəlasıyam,
Gözüm götürməz eləsin.
Tərifləyim, razı salım.
Yaradanımdan razıyam,
Qoy o bəşəri ələsin.
Zalımdan intiqam alım,
Şuşa, Bayat qalasıyam.
Tarixlərim zəfər dolu.
Düşməndəmi qalasıyam?
Gözləyirəm oğul yolu.
Yedirtdiyim haqlarımı,
Qətrə-qətrə alasıyam.
Mən payızın balasıyam.
Səmanın ağ buluduyam,
İncitməyim olmaz qəti.
Acizi, ya kimsəsizi.
Tək cisimdə bir orduyam,
Nizəm, gülləm, oxum iti.
Atəşin görünməz izi.
Soldurar parlaq bənizi.
Günah danışan dillərə,
Cəhənnəmin söz oduyam,
Mən bəşərin övladıyam
Şəhla Ramazanqızı

Bir yarpaq ağacdan asılı qalıb

Payıza bürünüb illərin ömrü,
Bir yarpaq ağacdan asılı qalıb.
Üzülüb küləkdən güllərin ömrü,
Bir yarpaq ağacdan asılı qalıb.

Bu fani həyatda, yalan dünyada,
Bəlkə yaramayıb ömürdən o da.
Yaradan yaratdı, çatmadı dada,
Bir yarpaq ağacdan asılı qalıb.

Sandım bir arzumdu o yarpaq mənim,
Г‡atmadı ünvana yelkənli gəmim.
Göylərə yetmədi harayım, ünüm,
Bir yarpaq ağacdan asılı qalıb.
Nailə Yırğançaylı

Г‡əkim gözlərini gözündən necə

Yenə üz-üzəyik indi mən necə,
Г‡əkim gözlərini gözündən necə?
Gözəldir bu axşam, bu aylı gecə,
Г‡əkim gözlərini gözündən necə?

Kövrəlir ürəyim, dolur gözlərim,
Sevincdən, fərəhdən əsir dizlərim.
Oxu gözlərimdən, budur sözlərim:
Г‡əkim gözlərini gözündən necə?

Gözlər həqiqəti açıb danışar,
Gözlər baxışanda yanar, alışar.
O baxan gözlərin öz dünyası var,
Г‡əkim gözlərini gözündən necə?

Min cavab oxunur bu saf baxışda,
Məhəbbət, sədaqət, hörmət, alqış da.
Yağırsa gözündən həzin yağış da,
Г‡əkim gözlərini gözündən necə?

O bir cüt gözləri istərəm alım,
Nə qiymətini billəm, nə çatır balım.
Qoy qadasın alım, yurd salım, qalım,
Г‡əkim gözlərini gözündən necə?
Aidə Gədəbəyli

Sevgilim

Həyatımda yeni doğan günəşsən,
Sevgimizin qədrini bil, sevgilim.
Həyatımda xoş arzusan, diləksən,
Sevgimizin qədrini bil, sevgilim.

Səni tapanacan yalan idim mən,
Gül kimi açılan, solan idim mən.
Sanma bir kimsənin olan idim mən,
Sevgimizin qədrini bil, sevgilim.

Sanıram ruhumda, qanımdasan sən,
Xəyalımdasan sən, canımdasan sən,
Hər an, hər dəqiqə yanımdasan sən,
Sevgimizin qədrini bil, sevgilim.

Bu sevgini əzizləyək, tutaq biz.
Sevinci, acını birgə dadaq biz.
Arzumuza qoşa gedək çataq biz,
Sevgimizin qədrini bil, sevgilim.
Г‡inarə Bədəl

Nazlı qızım

Gül açır yaz gələndə,
Gün dağları dələndə.
Mənim də könlüm gülür
Sən danışıb-güləndə.

Bağçada barım mənim,
Dağlarda qarım mənim.
Şirinim, şəkərimsən,
İlkim, nübarım mənim.

Şirin sözüm var mənim,
Canım, gözüm var mənim.
Şükür sənə, İlahi,
Nazlı qızım var mənim.
Xuraman Baxış

Qonağam

İnsan öz evində qonaq olarmı?
Hər sözdən kövrəlib gözü dolarmı?
Gültək açılarmı, gültək solarmı?
…Bugün evdən evə keçən qonağam.

Dünynın, zamanın var öz qanunu,
Nələr necə gələr, bilmərəm onu.
Sabah mən yaşanan bir ömrün sonu,
Zamandan, dünyadan köçən qonağam.
Şəhanə Cəfərova

Atasız qalan dörd qıza

Ata, ruhuna qurban,
Gün görmədi Günayın.
Dünyaya göz yummusan,
Batıb Günəşin, Ayın.

Adımı Gülər qoydun,
Necə gülüm bu anda?
Kimsəsizəm, kiməm mən,
Bu atasız cahanda?

Şəhla gözlü balanam,
Gül yığardın adıma.
Ahım, axan göz yaşım,
Yetə bilmir dadıma.

Sənin Könül qızının,
Bir daha könlü gülməz.
Atasız qalmaq nədir
Oğul qız kimi bilməz.
Şərqiyə Balacanlı

Günahkar özünsən

Qəlbimdə istəyim yanan od, ocaq,
Elə istəmirəm deyib dayandım.
Ayrılıq oduna sən sönmüş çıraq,
Mənsə o çırağın oduna yandım.
Günahkar özünsən, günah sənindi.

Qürurum ucalır, dilimsə sözlü,
Amma danışmıram, söz demirəm mən.
Səni ürəyimdə hamıdan gizli,
İstəyə, istəyə istəmirəm mən.
Günahkar özünsən, günah sənindi.

Sən hardan biləsən kiməm mən indi,
Soyuq bir ürəyin tənha sevinci.
İnciyən ürəyim, gizlicə dindi,
Günah, inciyəni incidənindi.
Mehriban

A dünya

Г‡oxlu şikayətlər, gileylər olub,
Mənim də sənə var sözüm, a dünya.
Bilmirəm ki, nədən, haradan deyim,
Ağ vərəqə nələr yazım, a dünya.

Bəzən zalımlara meydan verirsən,
Quru qala-qala yaşı döyürsən.
Hərdən ürəyimə yaman dəyirsən,
Mən necə tablaşım, dözüm, a dünya?

Məni ayrılıqla qorxutma hərdən,
Uzaq tut sən məni böhtandan, şərdən.
Azca xəbərdaram sözdən, şeirdən,
Bəlkə oldum sənə lazım, a dünya.
Məhəbbət Osmanova

Əsgər balam

Ananın gözləri yaşla dolubdur,
Bacının qolları bağlı qalıbdır.
Səni sevən gülün sənsiz solubdur,
Gəl, qurban yoluna, ay əsgər balam!

Sən nəslin, atan arxa dayağı,
Evimin sönməyən odu, çırağı.
Səninlə gedənlər qayıdır axı,
Gəl, qurban yoluna, ay əsgər balam!

Gəl, artsın taqətim, təpərim canda,
Doyub təsəllidən dözən anan da.
Qurban kəsiləcək sən gələn anda,
Gəl, qurban yoluna, ay əsgər balam!
Vəfa Vahabova

Şərh Yaz