E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey texniki və təbiət təmayüllü siniflərə daxil olmaq üçün sənədlərin qəbuluna 1 may 2016-cı il tarixdən başlayacaqdır.
Məktəb-liseyə qəbul imtahanları test üsulu ilə 31 may 2016-cı il tarixdə saat
1100-da məktəbin binasında keçiriləcəkdir.
-Texniki təmayüllü siniflərə riyaziyyat, fizika, informatika, Azərbaycan dili;
– Təbiət təmayüllü siniflərə biologiya, coğrafiya, riyaziyyat, Azərbaycan dili fənlərindən imtahan keçiriləcəkdir.
Lisey siniflərinə yalnız hazırda VI sinifdə oxuyan şagirdlər müsabiqə yolu ilə qəbul ediləcəklər.
Məktəb-liseydə təhsil pulsuzdur.
Liseyə qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-valideynin ərizəsi.
– VI sinifdə oxuması və I (birinci) yarımilə aid qiymətlərin göstərildiyi arayış.
Əlaqə telefonları: 28-5-12-69; 28-5-38-40; 28-5-55-30
Direktorluq

Şərh Yaz