Torpaq alınmasa, dünyam dağılar

Torpaq alınmasa dünyam dağılar,
Г‡aylar macərasından çıxar, arxlanar.
Ağacı, dam-daşı kökündən qopar,
Yer üzü çevrilər xarabalığa.
Hər şey zəhər olar cana, sağlığa,
Heyvanlar cildini təmiz dəyişər,
İnsan vəhşiləşər, eybəcərləşər.
Nə ildırım çaxar, nə bulud ağlar,
Torpaq alınmasa, dünyam dağılar.
Torpaq alınmasa, dünyam dağılar
Yer də oxundan çıxar, dolanmaz,
Bir eldə, obada şam, ocaq yanmaz.
Ulduzlar çəkilib girər qınına,
Sevgilim, fikir ver insan halına
Nə günəşi çıxar, nə ayı batar,
Canlılar süstləşib əbədi yatar.
Yağış yerinə də göydən daş yağar,
Bayquşlar sevinib deyər ağılar,
Torpaq alınmasa, dünyam dağılar.

Əl göydən üzülər, ayaqlar yerdən,
Qalmaz büllur buxaq, nə mina gərdən.
Bir soraq alınmaz nərdən, ərəndən,
Küsər Natəvanın ruhu, barışmaz,
Susar Vaqif sözü dinməz, danışmaz.
Üzeyir nəğməsi donar, açılmaz,
Bülbül zənguləsi qəlblərə axmaz.
Vulkanlar püskürüb, verər son qərar,
Torpaq alınmasa, dünyam dağılar.

Daşnaq narahatdır kar qulağından,
Min ildir ayrılmır öz ulağından.
Vəlvələ, səksəkə düşüb canına,
Dolub ürəyinə, hopub qanına.
Mindiyi qatırdır qorxur, şəklənir,
Yataqda, otaqda yolda səksənir.
Qıratım, bozatım, dürr qatarımdan,
Yenə ayı doğar, günəşi çağlar,
Torpaq alınmasa, dünyam dağılar.

Yurdumuzun qız-gəlini, ər oğlu,
Vətən keşiyində polad, nər oğlu.
Düşmənin əlində qalmaz oba, yurd,
Biz Türkük, oğuzuq, qıpçaxıq-Bozqurd.
Düşməni salarıq bəndə, kəməndə,
Sancarıq bayrağı Şuşa, Xankəndə.
Ey şəhid qardaşım, rahat yat sən də,
Ruhun doğma yurdda bir bayraq olar,
Gəncləşər Qarabağ, yaram sağalar.
Sadiq Babaoğlu

Şərh Yaz