Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Cənab Prezident!
Müdrik siyasətinizlə torpaqlarımızın azad olunmaıinı alqışlayıram! 1941-1945-ci illər müharibəsində Mozdokdan Budapeştədək döyüş yolu keçmişəm, Qarabağ müharibəsində oğlum Ayaz şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə
Hər iki müharibənin acısını öz taleyində yaşamış bir ağsaqqal kimi Vətənin bu savaş günündə ruhən əsgərlərimizlə birgəyəm. Ordumuzun uğurlarına öz ağsaqqal-veteran töhfəmi vermək üçün 1 aylıq təqaüdümü Milli Ordu fonduna köçürürəm və hamını bu təşəbbüsə qoşulmağa səsləyirəm. Haqq bizim tərəfimizdədir, biz öz torpağımızda, öz torpaqlarımız uğrunda vuruşuruq. Əsl qələbə gününü yaşamaq istəyirəm. Qələbəmizə inanıram.
Ağayev Həbulla Dosməmməd oğlu,
İsmayıllı rayonu Hacıhətəmli kənd sakini, 92 yaşlı, II qrup Böyük Vətən müharibəsi əlili, şəhid atası

Şərh Yaz