Vəzifələrimizi bilir, icrasına çalışırıq

28 mart 1919-cu il tarixdə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı Rayon Şöbəsi növbəti –“ 97-ci peşə bayramı gününü qeyd edib.
Vəzifələrimizi bilir, icrasına çalışırıq
Əlamətdar gündə şöbənin əməkdaşları ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Ziyarətçilər dərin hörmət və ehtiram əlaməti olaraq abidə önünə tər qızılgüllər düzüblər. Ziyarət başa çatdıqdan sonra şöbə rəisinin əvəzi Zeynal Zeynalov bildirib ki, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən 14 dekabr 2015-ci il tarixli fərmanına əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. İki müstəqil xüsusi xidmət orqanın yaradılması haqqında fərman, əlbəttə ki, çox müdrik və mütərəqqi bir addımdır. Bu, eyni zamanda müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır. Həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxmasıdır. Vəzifələrimizi bilir, icrasına çalışırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz