RİH başçısı yanında Şura iclası keçirilib

30 mart 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda dövrü və cari məsələlər müzakirəyə çıxarılıb. Tədbirdə Şura üzvləri, idarə, müəssisə rəhbərləri, aidiyyəti şəxslər iştirak ediblər.
İclası Şuranın sədri, RİH-nin başçısı Mirdaməd Sadıqov açıq elan edib. İlk öncə Şura üzvlüyünə dəyişikliklə bağlı məlumat verən M.Sadıqov Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəis Telman Ağasıyevin namizədliyini təklif edib. Yekdil səs qazanan T.Ağasıyev Şuraya üzv seçilib.
RİH başçısı yanında Şura iclası keçirilib
RİH başçısının müavini Mahmud Süleymanov “Rayonda yeni istehsal müəssisələrinin yaradılması, buraxılış obyektlərində işin gedişi və sürətləndirilməsi üçün qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış edib. Məruzədən sonra sahibkar və fermerlər öz fikirlərini bildiriblər.
Daha sonra rayon ərazisində olan tarixi abidələrin öyrənilməsi, tanıdılması vəziyyəti və bu sahədə Lahıc və Basqal Tarix-Mədəniyyət Qoruqlarının gördüyü işlər barədə hesabatları dinlənilib. Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Akif Kazımov, Basqal Tarix Mədəniyyət Qoruğunun direktoru Polad Nəzirov, Lahıc qəsəbə İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev, Basqal qəsəbə İƏD üzrə nümayəndə Novruz Əsədov görülən işlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.
İclasın sonunda qərar layihəsi təsdiq edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz