Tələbələrdən orduya dəstək

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tələbələrinin təşəbüsü ilə ordumuza dəstək və Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin, mülki şəxslərin ruhunu yad etmək üçün aksiya keçirilib.
Tələbələrdən orduya dəstək
Tədbirdə Kollecin 250 yaxın tələbə və müəllim heyəti iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan aksiya zamanı öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktor əvəzi Sevda Qasımova və Tələbə Gənclər Təşkilatının sədri Rahid Rəcəbli tələbələbələrin təşəbbüsünü yüksək qiymətləndiriblər. Ordumuzun hərbi əməliyyatlarını düşmən üzərində haqlı qələbə olduğunu bildiriblər.
Aprelin 1-dən 2-ə keçən gecə cəbhədə baş verən hərbi əməliyyat Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadı.
Biz sülhsevər xalq olduğumuz üçün münaqişənin dinc yolla həll olunmasını istəyirik. Lakin bu o demək deyil ki, Azərbaycan ordusu mənfur düşmənin torpaqlarımıza girməsinə, əliyalın mülkü əhaliyə qarşı təxribat törətməsinə imkan verəcək.
Aksiyada çıxış edən tələbələr ölkənin siyasi, iqtisadi və hərbi gücünə diqqət çəkərək Azərbaycan gənci olduqları üçün qürur duyduqlarını bildiriblər.
Tələbələr işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an bir əsgər kimi Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər. Üçrəngli bayrağımızla bəzənən izdihamı sonda ordumuza dəstək olmaq üçün “Vətəni qorumağa hazırıq! Erməni işğalçıları torpaqlarımızdan rədd olsun! Ali Baş Komandanın əmrini gözləyirik! Yaşasın Azərbaycan ordusu!” şüarlarını səsləndirib.
Leyla Nadir qızı

Şərh Yaz