Hərəmiz bir ağac əkək!

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin edilməsidir. Təbiəti sevərək qorumaq hamımızın ilk olaraq insani, daha sonra vətəndaşlıq borcumuzdur.
Hərəmiz bir ağac əkək!
Həmin borcumuzdan irəli gələn vəzifələrimiz vardır. Xüsusi ilə də ağac əkmək. Bu məqsədlə İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə kompaniyası təşkil olunub. Keçirilmiş iməcilikdə İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi tərəfindən məktəbin həyətyanı sahəsinə xeyli sayda müxtəlif növ ağac əkilib.
Elnarə Qasımova

Şərh Yaz