İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Bu il tanınmış şairimiz Maarif Soltanın 60 yaşı tamam olur.
Maarif Soltan bədii yaradıcılığa ötən əsrin yetmişinci illərində başlaşış istedadlı qələm sahiblərindəndir. İlk qələm təcrübəsi İsmayıllının rayon qəzetində dərc olunmuş, sonralar ölkə mətbuatında çıxış etməyə başlaməşdır.
1986-cı ildə ilk şeirlər kitabı –“ “Dünya işıqla dolu” oxucuların ixtiyarına verilmişdir. Sonra nəşr olunan kitablarının da taleyi uğurlu olmuş, şairə geniş oxucu auditoriyası qazandırmışdır. Şeirləri bir çox dillərə tərcümə olunmuş, nüfuzlu ədəbi jurnallarda, antologiyalarda dərc olunmuşdur. Bir neçə beynəlxalq ədəbi mükafatın laureatıdır.
Maarif Soltan İsmayıllı torpağının yetirməsidir, burada böyüyüb boya-başa çatıb. İlk şeirlərini burada yazıb-yaradıb.
Tanınmış şairimiz Maarif Soltanın 60 illik yubileyinin İsmayıllıda qeyd olunmasını xahiş edirik.
Hörmətlə:
Anar,
Azərbaycan Yazıçılar Birliyinin sədri

Şərh Yaz