Yaddas kitabcasi

Yeni qanun layihəsi müzakirə edilib

Mart ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun rəhbərliyi ilə bir qrup Milli Məcilis üzvünün iştirakı ilə “Kooperasiya haqqında Qanun” layihəsi geniş müzakirə edilib.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, belə mühüm tədbirin rayonumuzda keçirilməsinə görə qonaqlara öz minnətdarlığını bildirib və aqrar sahənin dinamik inkişafında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində və ölkəmizin idxaldan asıllığının azaldılmasında kənd təsərrüfatı kooperasiyalarının əhəmiyyəti barədə məlumat verib.
Yeni qanun layihəsi müzakirə edilib
Yeni qanun layihəsi müzakirə edilib
Sonra Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət daimi kkomissiyasının sədri Eldar İbrahimov kooperasiya haqqında qanun layihəsi barədə geniş nitq söyləyib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə hazırki iqtisadi şəraitdə qeyri-neft sektorunun, xüsusi ilə də kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin icrasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Kənd təsərrüfatında daha hərtərfli inkişafa nail olmağın əsasında bilavasitə kooperasiyanın yaradılmasının vacib olduğunu qeyd edib. Rayonumuzun respublikanın kənd təsərrüfatı məhsulları istehsalında xüsusi çəkisinin olduğunu və bu sahənin sonrakı inkişafı üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.
Məsələ ətrafında geniş müzakirə aparılıb. Fermerlər, sahibkarlar, mütəxəssislər kooperasiya haqqında qanun layihəsinin müzakirəsi ilə əlaqədar öz fikirlərini bildirib, Qanun layihəsini zamanın tələbi adlandırıblar. Г‡ıxış edənlərin hər biri gündəlik işə, fəaliyyət təcrübələrinə əsaslanaraq təkliflərinin müzakirəyə çıxarılmış Qanunda əks olunmasını xahiş ediblər.
İclasın gedişi zamanı Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət daimi komissiyasının sədri E.İbrahimov yığıncaq iştirakçılarının çox saylı suallarına aydınlıq gətirib və İsmayıllıda kooperasiyanın yaranacağına və inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Şərh Yaz