Ərzaq bolluğu yaratmaq başlıca məqsəddir

Mart ayının 9-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Soltankənd kəndində əhali ilə səyyar qəbul-görüş keçirib .
Sakinlərlə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdiblər.
Ərzaq bolluğu yaratmaq başlıca məqsəddir
Soltankənd kənd inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən hazırlanmış arayışda əraziyə daxil olan Soltankənd və Uştal kəndlərinin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti və bir sıra sosial yönümlü problemlər diqqətə çatdırılıb.
Qəbulda kənd sakinləri təbii qaz, Soltankənddə artezian quyusunu elektrik enerjisi ilə təmin edən transformatorun təmirə, tibb məntəqəsinin, uşaq bağçasının, yaradıcılıq evinin, Uştal kənd klubunun tikintisinə ehtiyac olduğunu diqqətə çatdırdılar. Qaldırılan məsələlər barədə aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, onlardan bəzisi elə qəbul zamanı öz həllini tapıb.
Sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət ediblər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov bildirib ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. O, İsmayıllı rayonunda bütün sahələrdə dinamik inkişafın olduğunu və qazanılan uğurların davam etdiriləcəyini bildirib, sakinləri faydalı əməklə məşğulluğa, ölkədə, xüsusilə də şəxsi təsərrüfatlarında ərzaq bolluğu yaratmağa dəvət edib. Sahibkarlıqla məşğul olmaq fikrində olanlara hər cür köməklik göstəriləcəyini deyib.

Şərh Yaz