Qoşakənd kəndində səyyar görüş keçirildi

14 mart 2016-cı il tarixində İsmayıllı eayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qoşakənd kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulnu keçirib.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, xidməti təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbula gələn kənd sakinləri ümumi qaydada dinlənildi. Kənd sakinləri bölgədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar.
Kəndin təbii qaz yanacağı, içməli su ilə təminatı, kənd yulunun asfaltlaşdırılması daha vacib problemlər kimi diqqətə çatfırılıb.
Qoşakənd kəndində səyyar görüş keçirildi
Başçı gənclərə və ərazidəki ziyalılara elmi əsaslara uyğun olaraq sahibkarlıqla məşğulluğün üstünlükləri barədə məlumat verib, onları birgə təsərrüfatlar yaratmağa məhsul bolluğu üçün mütərəqqi iş üsullarından istifadə etməyə dəvət edib. Bu sahədə onlara hərtərəfli dəstək göstəriləcəyini xatırladıb.
RİH başçısı kəndlərdən şəhərə axının fəsadları barədə ətraflı söhbət aparıb, bildirib ki, tamamilə əksinə olaraq bu gün şəhərlərdən kəndlərə qayıtmaq, işgüzarlıq nümayiş etdirib, arzulanan imkan və şəraitin sahibi olmaq əhəmiyyətli, böyük və sadə bir reallıqdır. Hər kəs öz taleyinin memarı olmağı bacarmalıdır. Kimlərinsə çalışması kiməsə sahibi olmaq istədiyi rahat həyata qobuşdura bilməz. Bügünkü yaşayış səviyyəmiz təkcə sərf etdiyimiz əməyin deyil, həm də düşüncəmizin nəticəsidir. Odur ki, əməyə şüurlu münasibət hər addımda bizi düşündürməlidir.
Rayon İcra Hakimiyyəti başçısının M. Sadıqov ərazidəki problemlərlə tanış olduğunu bildirib. O, müraciətlərdə qaldırılan məsələlərdən həlli mümkün olanları istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Şahməmməd Soltanov

Şərh Yaz