Yaddas kitabcasi

Multikulturalizm Mərkəzində qış məktəbinin yekun nəticələri müzakirə edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb. Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib.
Multikulturalizm Mərkəzində qış məktəbinin yekun nəticələri müzakirə edilib
İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb. Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib.
Toplantıda vurğulanıb ki, qış məktəbi ümumilikdə qarşısına qoyduğu məqsədə nail olub: xarici tələbələrin Azərbaycana marağı rəğbət və sevgiyə çevrilib. Bunu onların yerli və xarici mətbuatda dərc etdirdikləri ölkəmizlə bağlı təəssürat yazıları, müxtəlif tədbirlərdə Azərbaycanın multikultural və tolerantlıq ənənələri ilə bağlı səsləndirdikləri müsbət fikirlər sübut edir.
İclasda Azərbaycanın dini və milli müxtəlifliyin bərqərar olduğu səfalı bölgələrindən birində bu il növbəti yay məktəbinin təşkil ediləcəyi ilə bağlı qərar qəbul edilib və hazırlıq işlərinə start verilib.

Şərh Yaz