Bayram adət ənənəyə uyğun keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq insanların mənəvi dünyasına yeni zənginlik gətirmişdir. Nəticədə, xalqımızın milli-mənəvi dəyərləri hər bir vətəndaşın qeyri-maddi, mədəni sərvətinə çevirmişdir. Xalqımızın sosial-mənəvi həyatında müsbət keyfiyyətlərin yaranmasında “Novruz” bayramı xüsusi əhəmiyyət kəsb edir. İsmayıllıda da “Novruz” bayramının yüksək səviyyədə keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planı təsdiq edilib.
Bayram adət ənənəyə uyğun keçirilib
Rayonumuzun bütün inzibati ərazi dairələrində icra nümayəndəlikləri, bələdiyyələr tərəfindən tədbirlər planına, “Novruz” bayramı yurdumuzun qədim adət ənənələrinə uyğun şəkildə qeyd olunur.
15 mart tarixində İsmayıllı şəhərinin mərkəzində, Lahıc və Basqal qəsəbələrində, rayonun iri yaşayış məntəqələrində – Kürdmaşı, Ruşan, Mollaisaqlı və Təzəkənd kəndlərində ilaxır çərşənbə münasibətilə bayram şənlikləri keçirilib.
Ehtiram Manafov

Şərh Yaz