Qadın hikməti…

Şimal okeanını əridə bilər,
Topal arzuları yeridə bilər.
Dünya savaşını kiridə bilər.
Bir qadın zəkası, qadın hikməti.
Kimdir qadın? –“ Ülvilik, zəriflik təcəssümü, məsumluq nişanəsi, lazım gəldikdə övladı üçün həyatını təhlükəyə atan ana, insanları həyat məktəbinə hazırlayan müəllim, Allahın xeyir duasını almış bəndə, insanların sağlamlığına xidmət edən həkim, yer üzündə ədalətin bərpası üçün çalışan vəkil, gözəl sözləri ilə həyatın rəsmini çəkən şair və ən əsası Vətənini sevən bir vətəndaş. Elə bir vətəndaş ki, əlində imkan olsa bütün dünyanı sülhə, əmin-amanlığa qərq edər. Həqiqətən də dünya savaşını durdurar.
Qadın hikməti...
Qadın hikməti...

Hansı hikmət var bu qadında? Zaman-zaman ədəbiyyatlarda qadına aid ən gözəl sözlər, misralar düzülmüş, mahnılar bəstələnmiş, etiraflar səsləndirilmişdir. Tarixin min illik süzgəcindən keçib gələn türk dünyasının və bütün dünyanın ən güclü ədəbiyyat salnaməsi Kitabi-Dədə Qorqud dastanında qadına, anaya hörmət, ehtiram, məhəbbət dəfələrlə vurğulanmışdır. Bu ondan irəli gəlir ki, zərif cinsin nümayəndələrinə hələ ulu babalarımız da xüsusi hörmət və ehtiramla yanaşmışlar. Dünya tarixində bir çox günlər bayram kimi qeyd olunur. Həmin önəmli günlərdən biri 8 Mart bayramıdır. Lakin tarixə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir.
Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. 8 martın bayram kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır.
1977-ci ildə BMT 8 martı Beynəlxalq Qadınlar Günü elan etdi və bu bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: –“ zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var –“ ana adı! Bütün qadınlar gözəldir. Azərbaycan qadını xüsusilə. Bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmiş qadınlarımız.
Azərbaycan qadını dünyaya mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Bizim üçün ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Dövlət quruculuğunda Azərbaycan qadınının yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir.
Ümummilli lider Heydər Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Г‡ünki qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da onu göstərir ki, dövlətimiz tərəfindən ölkənin qadınlarına xüsusi diqqət və qayğı göstərilir…
Mart ayının 7-də İsmayıllıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri ilk olaraq rayon İcra Hakimiyyətinin akt zalında oldu. Şəhid ailələrindən olan xanımları RİH başçısı Mirdaməd Sadıqov təbrik edərək onlara can sağlığı uzun ömür arzuladı. Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. Rayonun ictimai-mədəni həyatında fərqlənən 150 nəfər xanımının iştirak etdiyi bayram tədbiri Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikinin oxunması ilə başlandı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov cəmiyyətdə və ailədə qadınların rolundan danışdı, onların ictimai həyata , ailəyə mənəvi dayaq olduqlarını söylədi. O, vurğuladı ki, ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, RTŞ-nin müdiri Rasim Orucov, Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Məmmədova təbrik nitqi söyləyərək qadınları təbrik etdilər.
Bədii hissə ilə davam edən bayram tədbirində “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri mahnılar ifa etdilər. Həmçinin milli geyimlərdən ibarət moda kolleksiyası nümayiş etdirildi.
1 və 2 nömrəli uşaq bağçalarının istedadlı fidanları ustalıqla hazırladıqları kompozisiya və rəqsləri qadınlara hədiyyə etdilər.
Elnarə Günəş

Şərh Yaz