Bələdiyyə üzvü olan qadınlarla təlim

14 mart 2016-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadın Bələdiyyələrin İnkişafı Uğrunda” ictimai birliyinin birgə təşəbbüsü əsasında “Fəal ol” təbliğat kitabçasının təbliği məqsədi ilə bələdiyyə üzvü olan qadınlarla təlim keçirilib.
Bələdiyyə üzvü olan  qadınlarla təlim
Təlimi keçirməkdə məqsəd bələdiyyə sədri və üzvü olan qadınların yerli özünüidarəetmədə fəal iştirakına kömək etməkdən ibarət olub.
Təlim zamanı iştirakçıları maraqlandırılan suallar cavablandırılıb. Qadın fəallığı mövzusu geniş müzakirə şəraitində başa çatıb.
Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz