“Mərhəmət” təşəbbüs qrupu

Bu günlərdə İsmayıllı şəhər İsrail Həsənov adına bir nömrəli tam orta məktəbində müəllim Surə Mehdiyevanın təşkilatçılığı ilə “Sizə lazım deyilsə, bizə gətirin” layihəsi çərçivəsində “Mərhəmət” təşəbbüs qrupu yaradılıb. Layihənin məqsədi istifadə etmədiyimiz əşyaları toplamaqla aztəminatlı ailələrə və kimsəsizlərə yardım etmək, həmçinin onlar müəyyən maddi köməkliklərin göstərilməsidir.
Sözügedən layihə çərçivəsində görülən işlər doğrudan da təqdirəlayiqdir. Bu günlərdə məktəbin müəllimlərindən Bahar Abdullayeva, Həcər Abdurazaqova, Təranə Əliyeva, Vidadi Zərbiyev, Təranə Bədəlova digər könüllülərdən ibarət qrup, eləcə də İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva rayonda yaşayan aztəminatlı və kimsəsiz ailələrə üz tutublar. Keçirilən görüşlərdə könüllülərin mərhəməti sayəsində bir neçə ünvanda xüsusi qayğıya ehtiyacı olanlara lazımi köməkliklər göstərilib. Təşəbbüsümüzə qoşulanların, könüllülərin sayı artmaqdadır.
Layihənin icra olunmasında məktəb rəhbərliyindən aldığımız dəstək bu işin geniş vüsət alacağına zəmanət verir.
Gülnar Mikayılova

Şərh Yaz