Maarif Soltan yardaıcılığından

**
Nəfəsindən ayırıb
bir az meh göndər –
sənsiz alışan ruhumu sərinlətməyə.
Göz yaşlarından
bir az şeh göndər –
adının yandırdığı
suluqlamış dodaqlarıma sürtüb
səni soraqlaya-soraqlaya
ardınca getməyə.
Təbəssümündən
bir az ümid göndər,
əlimi uzadıb sənə yetməyə…
Qollarından
bir az taqət göndər –
intihar etməyə…
Maarif Soltan yardaıcılığından
Maarif Soltan yardaıcılığından
**
Səni çəkirəm…
Üzünü oxşadıram,
Gözünü oxşadıram,
Özünü oxşadıram.
Əlini-ayağını,
Alışan yanağını,
Od vuran dodağını,
Qaşını oxşadıram.
Yaşını oxşadıram…
Həsrətini çəkirəm…
Səni çəkirəm…
Qəlbini çəkirəm…
Qəlbindəki mənsizliyi,
Həyatımdakı sənsizliyi çəkirəm…
Oxşada bilirəmmi?..

**
Bacara bilmirəm daha
Özümlə!
Bəzi adamların açıb sirrini,
Elədiklərinin mində birini
Demək istəyir –“
Bacara bilmirəm daha
Sözümlə!
Bu dünyanın ala-bula rənginə,
Vəzifə cənginə, rüşvət cənginə
Baxmaya bilmir –“
Bacara bilmirəm daha
Gözümlə!
Qapaya bilmirəm qulaqlarımı,
Saxlaya bilmirəm yumruqlarımı!
Bacara bilmirəm daha!
Mənimki qalıb Allaha!

Yol
Ə.Salahzadəyə

Soruşma, yolumuz haradı, soruşma, qardaş.
Özümüzə gedirik, özümüzə çatınca.
Bu yolların əvvəli özümüzdən başlanıb,
Özümüzə gedirik özümüzdən baş alıb.
Yaşıl havaların içindən keçib,
Əkindən, biçindən keçib,
Bir geniş tarladan, taladan keçib,
Atadan, anadan, baladan keçib,
Nə qədər əzabdan, bəladan keçib,
Dünəndən, bugündən, sabahdan keçib,
Özümüzdən böyük günahdan keçib
Özümüzə gedirik.
Yolumuz neçə min ürəkdən keçir,
Yalandan, “baxaq”dan, “görək”dən keçir,
Layladan, qarğışdan, bələkdən keçir
Özümüzə gedirik.
Adamların nəfəsi toxunur üzümüzə,
Nə qədər günahımız oxunur üzümüzə!
Bir ümiddən yapışıb gedirik özümüzə
Özümüzə çatınca.
Günahlı da özümüz, günahsız da özümüz,
Od alıb alışmadı közümüzdən közümüz!
Bizi gözə aparır elə bizim gözümüz…
Özümüzə gedirik.
Yollarımız düzəngah, yollarımız sərt qaya.
Saysaq, günahlarımız bəlkə də gəlməz saya.
Г‡ətin ki, bu gedişlə bir də gələk dünyaya,
Özümüzə gedirik, özümüzə gedirik…

Son eşq hekayəsi

Röyalarda gördüyüm eşq hekayələri bitdi.
Sən başlayandan sonra.
Sən mənim ən təzə, ən son və sonuncu
Eşq hekayəmsən.
Yaşlı ağacların yamyaşıl şüvül pöhrəsinə bənzərsən,
Boy verib böyüməkdəsən.
Solmağa qoymaram səni.
Havaya, suya, günəşə
tamarzı olmağa qoymaram səni.
Sənə layiq nə varsa, sənin olsun,
Vitrindəki geyimlərdən tutmuş səmadakı ulduzlara qədər.
Sən mənim son ümidimsən, itməyə qoymaram səni.
Sən mənim son inamımsan, inamsız qoymaram səni.
Sən mənim son gümanımsan, getməyə qoymaram səni.
Son eşq hekayəmsən, bitməyə qoymaram səni.
Hər səhər yeni abzasdan başlaram
Nöqtə qoyulacaq yerlərə vergül qoyaram,
Sətirlər arasında bir dəstə gül qoyaram.
Hər gün yeni iştahla,
Hər gün yeni həvəslə,
Hər gün yeni ümidlə,
Hər gün yeni nəfəslə
Başlayıram yazmağa səni gözəl tale tək.
Mübarəksən, mübarəksən, mübarək!

***
Sən mənim – can sağlığım.
Başımın ucalığı,
üzümün ağlığı.
Sən mənim –“ arxam, köməyim,
Köksümdə döyünənim –“
ürəyim.
Sən mənim –“
mənimlə öyünənim.

Şərh Yaz