O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır

“Gerçəkləşməyən arzular” layihəsindən
Tanınmış şair Maarif Soltanla çoxdan idi görüşüb söhbət etmək istəyim baş tutmurdu. Gah rayonda – İsmayıllıda olduğunu deyir, gah da nəvələrini gəzməyə çıxaracağını səbəb göstərirdi. Amma hər dəfə də növbəti istirahət gününə vədə verirdi.
Axır ki, arxada qoyduğumuz bazar günü şairin yaşadığı Əhmədli qəsəbəsindəki kafe-çayxanaların birində üz-üzə otura bildik. Görüş yerini Maarif özü müəyyən etmişdi. Sözsüz ki, məndən qabaq gəlmişdi. Xoruz quyruğu çayın ətri stəkandan boy verirdi. Onun ötənlərdə ürəyindən keçirdiyi arzularından bəhs edəcəkdik. Köhnənin dostu olduğumuz üçün salamımı da dost yana ünvanladım:
– Salam, Maarif müəllim, necə varsız, nə var, nə yox? Nəvələr sizi babalıq statusuna layiq görəli gözə görünmürsüz.
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
O, 40 ildir ki, bir kiçik yazı otağı arzulayır
– Г‡ox sağ ol, Faiq, pis deyiləm, yaxşılıqdı, şükür. Yada saldığına görə təşəkkür edirəm.
– Elə dediniz ki, guya unutmuşuq…
– Düzdür, sənin diqqətini həmişə hiss etmişəm, ancaq məqam düşdüyünə görə indi təşəkkür edəsi oldum. Təqribən, elə çoxları kimiyəm. Deyəsən, haçansa Vaqif Səmədoğlu demişdi: “yuxarıdan baxanda – cəhənnəmdə, aşağıdan baxanda –“ cənnətdəki kimiyəm”. O ki qaldı nəvələrə, onların şirinliyindən adam az qalır şəkərə tutula.
– Bilirsiz də bu gün sizi “Gerçəkləşməyən arzular” layihəmizə dəvət etmişik.
– Г‡ox əcəb edibsən, – zarafatından qalmır, – dəvət etmisən, gəlmişəm.
– O zaman, deyin, heç elə bir arzunuz olubmu ki, gerçəkləşməsin?
Maarif müəllim hazırcavabdır. Sualların cavabı stəkana süzülən çay təyinatı üzrə ünvana çatmamış verilir:
– O qədər! Bilirsənmi, arzudan arzu doğar, –“ deyiblər. Gərək hansısa arzun həyata keçsin ki, sonra başqa arzuya da keçib, başqa şeyləri də arzulayasan. Mən və mənimkimilərsə, elə bir arzunun ətəyindən yapışıb durmuşuq –“ gözləyirik, o gerçəkləşə, sonra keçək başqalarına. Əlbəttə, bu bir zarafatdır, ancaq hər zarafatın da öz həqiqət payı var.
– Oxu atıb yayı gizlətməyin, nə idi bu arzular ki, sizin gözlərinizi yolda qoydu, ürəyinizdə yuva saldı, gerçək olmadı?
– Biz hamımız kənddən-kəsəkdən gəlmiş dupduru, sadəlövh uşaqlar idik, elə bilirdik, şəhərə gələn kimi qucaqlarını açıb bizi bağırlarına basacaqlar. Amma qapı bağlayanlarla yanaşı, sinəmizdən geri itələyənlərlə yanaşı, qucaq açanlar da oldu. Məsəl var – sən Allahla ol, Allah səni görəcək. Böyük hikmət var bu sözlərdə.
– Deyəsən, xeyirxahlarınız çox olub…
– Bilirsən, Faiq, oğruya oğru rast gələr, doğruya doğru. Təhsil aldıq, ev-eşik sahibi olduq, pis-yaxşı özümüzə güzəran qurduq. Hər halda istədiklərimizin, çətinliklə də olsa, müəyyən hissəsini ala bildik, qazana bildik. Şəxsən mən özümlə bağlı heç vaxt illüziyalar, qeyri-adi xəyallar qurmamışam. Necə deyərlər, gücümü, imkanlarımı nəzərə alıb yorğanıma görə ayağımı uzatmışam. Məsələn, bilmişəm ki, məndən kosmonavt olmaz. Ona görə də kosmonavtlıq eşqinə düşməmişəm. Hiss etmişəm ki, heç ortabab futbolçu da ola bilmərəm –“ futbolçu olmaq sevdasını başımdan çıxartmışam…
– Maarif bəy, dediniz ki, elə arzularınız olub, həyata keçməyib. Deyin, sizi o arzular indi də narahat edirmi? Gerçəkləşməyən arzularınızı deyirəm.
– Hər dövrün, hər yaşın öz arzuları olur. Təbii, elə arzular var ki, onlar elə o illərdə arzu olaraq qaldı. Amma elə arzular da var, ömür boyu insanla yoldaşlıq edir, insanı tərk etmir.
– Konkret hansı arzuları deyə bilərsiniz?
– Bir çox dünyəvi, ictimai-siyasi arzularım olub ki, onları şeirlərimdə yazmışam, onlardan yalnız biri –“ müstəqilliyimiz reallaşıb, bunu da mən xalqımızın ən böyük uğuru, ən böyük qazancı sayıram. Daxildəki müəyyən neqativ, eybəcər halları, çətinlikləri də çalışmalıyıq ki, özümüz aradan qaldıraq. Şəxsi istəklərə gəldikdə isə, məsələn, həmişə arzulamışam ki, özümə məxsus bir kiçik otağım və yazı masam olsun. Bu, yalnız Moskvada tələbəlik illərində mənə qismət olub. Elə 3-4 yazımı da o otaqda, o masanın üstündə yazmışam. Bu günə qədər o arzumu reallaşdıra bilməmişəm. Nəinki reallaşdıra bilməmişəm, oturduğum kətili də artıq nəvələr özəlləşdirib. İndi də yaş artdıqca insanı torpaq çəkir –“ İsmayıllıda öz doğma el-obamda xudmani balaca bir ev arzulayıram, salamatlıq olsun, görək nə alınır…
Söhbətimiz zamanı ilk dəfə qayğılı görünür. Dalıb gedir şair. Elə bil ötürdüyü, geridə qoyduğu günlərin ardınca baxır, saf-çürük edir, hesabat verirmiş kimi çözür o günləri və qeyri-ixtiyari əlini yelləyir:
– Elə günlər olub ki… – və susur.
Sualın istiqamətini dəyişirəm:
– Maarif bəy, bəs gerçəkləşən arzular sizi haraya qədər gətirdi?
– Buraya qədər. Bu günə qədər. Bugünkü Maarif Soltana qədər.
– Şair kimi tanınır və sevilirsiz. Şairliyinizlə bağlı nələri arzulamışdız?
Cavabı bu gün durduğu yerdən yox, sanki uzun illərin o üzündən gəlir:
– Faiq, indi düşünürəm, qəribədi ki… Məsələn, mən orta məktəbdə oxuyarkən ilk dəfə İsmayıllıda Musa Yaqubun “Dağ çiçəkləri” ədəbi dərnəyi vardı, ora getmişəm –“ balaca bir şeir oxumuşam –“ bəyəniblər, götürüb çap ediblər. Gəlmişəm Bakıya –“ kitabxanalarda ədəbiyyat dərnəkləri vardı –“ şeir oxumuşam, az qala urrayla qarşılayıblar. Redaksiyalara getmişəm, “yox” deməyiblər mənə. Həqiqətən, mənə qəribə gəlib –“ niyə mənim yazdığım adi, sadə şeylər (şeirlər yox ha!) başqalarına xoş gəlir?
– Şair, cavabınızda bir qədər pessimistlik hiss olunur.
– Deməzdim. Bilirsən, şeir mənimçün, daha çox, özünüifadə vasitəsidir. Bir də, əlimdən başqa nə gəlir ki?! Tənbəl olmasaydım, məmnuniyyətlə oturub nəsr yazardım. Yeri gəlmişkən, mən nəsri şeirdən daha çox sevirəm və nəsri daha çox oxuyuram. Bəlkə də yuxarıda dediyim masanın yoxluğundan dünya ədəbiyyatı böyük bir yazıçısını itirib. Yəni şeir mənimçün heç vaxt nələrəsə çatmaq üçün, nələrisə əldə eləmək üçün vasitə olmayıb, məqsəd olmayıb. Sadəcə, qəlbimdən keçənlərin az bir hissəsini oturub yazmışam.
– Məsələn, heç ürəyinizdən keçibmi Xalq şairi olasınız?
– Tam səmimi deyirəm: yox, olmayıb! Mən öz yerimi yaxşı bilirəm. Xalq şairi ağır addır – onu almağın şərtləri var, amma başqa fəxri adlar niyə də olmasın ki? Kimin oğlundan əksiyik?
Son vaxtlar Feysbukdakı aktivliyini yada salıb soruşuram:
– Maarif bəy, sizin çox maraqlı, oxunaqlı şeirləriniz var. İndi də Fb-də paylaşırsız, şeirlərinizin ardınca düşüb sizə ürəyini açanlar indi də varmı?
– Qəribədir ki, cavanlıqda kişi dostlarım sevərdi məni, indi xanımlar. Ancaq bu, sevgidən daha çox hörmətdir. Bəli, şeirlərimə görə bu gün də mənə hörmət edənlər var, ancaq dalımca düşənlər nə cavanlıqda olub, nə də indi var, amma mən cavanlıqda kimlərinsə dalınca çox düşmüşəm. Oxuculardan söhbət düşmüşkən, yadıma düşdü, bir məqamı da burda demək istəyirəm –“ gəncliyimin 5 ili Moskvada keçib –“ orda xanımlar qələm adamlarına, incəsənət adamlarına daha çox meyilli idilər, şeirin xoşlarına gəldisə, səsin xoşlarına gəldisə, asanlıqla ünsiyyət yarada bilirdin.
– AYB-də işləyirsiz. Bəyənənlər də var, bəyənməyənlər də, hər halda ədəbiyyatımızın vahid tanınan, üz tutulan ünvanıdır. Deyin, bu gün ədəbiyyatın durumu necədir?
– Mən ədəbiyyatımızın çağdaş durumundan qətiyyən bədgüman deyiləm. Г‡ox dəyərli ədəbi nümunələr yaranır. Sadəcə, zir-zibil o qədər artıb, çoxalıb ki, o yaxşıları ordan arayıb tapmaq, seçmək problemi yaranıb. Oxucu çaş-baş qalıb. Boz ədəbiyyat ciddi sənət əsərlərini görünməyə qoymur və nəticədə, hazırlıqlı, zövqlü oxucu qıtlığı yaranır. Düzdür, burda başqa faktorların da rolu az deyil.
– Qarşıdurmalar, çəkişmələr, qalmaqallar şou biznesdən ədəbiyyata tərəf yol alıb, sizcə niyə belədir?
– Görünmək üçün, tanınmaq üçün, özlərini təsdiq etmək üçün yollar arayırlar və bəziləri də qalmaqal yolunu tutur. Unudurlar ki, bircə yol var –“ dəyərli əsər! Unudurlar ki, bircə üsul var –“ düz olmaq, ədalətli olmaq, səmimi olmaq! Bütün başqa yollar və üsullar gəldi-gedərdi, müvəqqətidir.
– Ədəbiyyata axın yaman güclənib, özü də dul qadınlar daha çox gözə çarpır, sizcə niyə belədir?
– Axın ona görə artıb ki, meyarlar itib, mizan-tərəzi yoxdur. Həmin o bayaq dediyim primitiv, istedadsız cızma-qaraları oxuyub deyirlər, yazmaq budursa, mən niyə yazmayım? 5-6 manat ondan-bundan pul tapıb kitablarını çap edirlər, sosial şəbəkələr onların yetişməsi üçün ən münbit yerdir. 10-15 qohum-əqrəbanı yığıb özlərini təriflədirlər və s. Dul qadınlara gəldikdə isə onların çoxu sənin dostlarındır, sən yaxşı bilərsən. Mənsə, günahı onlarda görmürəm, kişilərdə görürəm, onları niyə dul qoyuruq ki, onlar da bekarçılıqdan qələmə sarılsınlar? Məlum məsələdir ki, şeir də gənclik şövqü, gənçlik ehtirası, gənclik emosionallığı sevir, dul qalana qədər isə, təbii ki, bunlar hamısı məhv olub gedir və o dediklərin də başlayır elə o sayaq yazılar qondarmağa.
– Son vaxtlar yaradıcılığınızda susqunluq hiss olunmur ki?
– Olunurdu. Özü də uzun müddət. Son vaxtlar isə içimdə bir poeziya havası yaranıb. Xırda-xırda yazıram.
– Yaxşı, bəlkə yenə də arzulara qayıdaq? Nəyi arzulayırsız?
– Mən işğal altında olan torpaqlarımızı, demək olar ki, görməmişəm. Tam səmimi deyirəm, ən böyük arzum heç vaxt görmədiyim Şuşanı görməkdir. Rəhmətlik Fatma Mehrəliyevanın ifasında “Azərbaycan maralı” mahnısına demək olar ki, hər gün qulaq asıram:
“Gedək Qırxqız yaylağına –“
Ceyran, maral oylağına,
Qalxaq İsa bulağına…”
Elə təsir edir ki, mənə…

Şərh Yaz