Diplom və hədiyyələr təqdim olunub

3 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Heydər Əliyev Mərkəzi ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş gənc rəssam qızların əl işlərindən ibarət rəsm sərgisi təşkil edib.
Diplom və hədiyyələr təqdim olunub
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova açıb. O, iştirakçıları salamlayıb və qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə onları və hər birini simasında ailələrində olan bütün qadın və qızları ürəkdən təbrik edib.
Sonra gənc rəssam qızların əlamətdar günə həsr olunan əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Yeniyetmə və gənc rəssam qızların əsərlərinin sərgiləndiyi tədbir İsmayıllı rayon Gənclər və İdman İdarəsinin onlara diplom və hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz