İmkanlar yenidən səfərbər olunacaq

İsmayıllı Olimpiya-İdman Kompleksi mütəmadi və diqqət çəkən fəaliyyəti ilə respublikada fərqlənən idman müəssisələrindəndir. Hazırda Kompleksdə əsaslı təmir işləri getməsinə baxmayaraq, burada demək olar ki, hər gün rayon və respublika əhəmiyyətli tədbirlər, idman yarışları yüksək səviyyədə həyata keçirilir.
İmkanlar yenidən səfərbər olunacaq
Müxtəlif idman növləri üzrə respublika, zona, rayon yarışları, təlim-məşq toplantıları idman kompleksindəki canlanmanı gündən-günə artırır. Bu idman ocağındakı işgüzarlıq mühitini artıran səbəblərdən biri isə burada müxtəlif idman növləri üzrə dərnəklərin fəaliyyət göstərməsi və gündəlik məşqlərin keçirilməsidir. Yanvar ayından etibarən Kompleksdə rəqs qrupu da fəaliyyətə başlayıb.
Mart ayının 13-də İsmayıllı Olimpiya-İdman Kompleksi respublika səviyyəli iki tədbirə ev sahibliyi edib. 16 yaşlı qızlardan ibarət futbol üzrə Respublika çempionatının 4-cü dövrəsinin oyunları, Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Karate-do idman növü üzrə 5-80 yaş arası müxtəlif çəki dərəcələri üzrə Azərbaycan çempionatı kompleksdə keçirilib. Karete-do idman növü üzrə keçirilən çempionatın açılış mərasimində Katare-do Federasiyasının prezidenti Nurəddin Quliyev, rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Yəhyayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon komandasının baş məşqçisi Anar Həsənov çıxış edib. Г‡ıxış edənlər idmançılara uğur arzulayıb, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Yarışda 35 rayon komandası, ümumilikdə 350 nəfərdən ibarət idmançı iştirak edib. Təbii haldır ki, idmançılarımız da qalib olmaq uğrunda əzmlə mübarizə aparıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda komanda birinciliyində İsmayıllı rayonunun komandası I, Bakı şəhər komandası II, Gəncə şəhər komandası III yeri qazanıb. İsmayıllı idmançılarından 10 nəfəri çempionatda birinci yeri tutaraq ölkəmizi Riqada keçiriləcək Avropa çempionatında təmsil etmək hüququ qazanıb.
İmkanlar yenidən səfərbər olunacaq
Elə həmin gün 16 yaşlı futbolçu qızlardan ibarət Respublika çempionatının 4-cü dövrəsinin 1-ci oyunları İsmayıllı Olimpiya-İdman Kompleksinin futbol stadionunda oynanılıb. Şəkinin “Gənclik” komandası Zaqatala futbolçuları ilə keçirdiyi görüş 0 – 3 hesabı ilə başa çatıb. Tovuzun “Nuray” komandasının İmişlinin “Təhsil” komandasına 1 –“ 2 hesabı ilə uduzub.
Yekun oyunlar aprelin 10-da keçiriləcək.
İsmayıllı rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə VKC- idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və yaşlılar arasında Azərbaycan çempionatı keçirilib.
**
Yarışa 35 rayondan 5 yaşından 50 yaşınadək 350 nəfərdən ibarət idmançı qatılıb. Daha sonra yarışa start verilib. İdmançılar yarışa böyük ruh yüksəkliyi ilə başlayıblar. Yarışa qatılan yeniyetmə karateçilər ilk dəqiqələrdən qələbə qazanmaq üçün bacarıqlarını nümayiş etdiriblər. 3 qrup üzrə yarışan idmançılar arasında 1-3-cü yerlər uğrunda gərgin idman mübarizəsi gedib. Fəxri kürsüdə yer tutan qaliblərə Diplom və kuboklar təqdim olunub.
Sevindiricidir ki, İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətovun işindən, onun burada ənənə halına saldığı idman mühitindən, yarışların təşkili, keçirilməsi üçün yaradılan şəraitdən qonaqlar – idmançılar, onları müşayiət edən müəllim və məşqçilər, eləcə də valideynlər həmişə razılıq edirlər.
Kompleksin əsaslı təmirdən sonrakı fəaliyyətində bütün imkanların səfərbər olunacağına, bu idman ocağının daha yüksək nailiyyətlərlə fəaliyyət göstərəcəyinə tam inanırıq.
Şövqi Əhmədov

Şərh Yaz