Yaddas kitabcasi

İngilis dili həftəsi

2016-cı il fevral ayının 29-dan mart ayının 5-dək Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Respublikamızda “İngilis dili həftəsi” keçirilib. Bu məqsədlə 3 mart 2016-cı il tarixdə səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və regional ingilis dili proqramları üzrə mütəxəssis Kevin Makkogi İsmayıllıya səfər ediblər. Emi Peterson bir neçə il əvvəl Sülh Korpusunun nümayəndəsi kimi İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində ingilis dilini tədris edib. Buna görə də silsilə tədbirlərin keçirilməsi məqsədi ilə bu təhsil ocağını məkan seçib.
İngilis dili həftəsi
Tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi TEA proqramının məzunu Şükufə Nəcəfova idi. Qarşılama mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RİH-in əməkdaşı Gülər Baxışova, məktəbin direktoru Şahin Gənciyev və başqa müəllimlər iştirak ediblər. Qarşılama mərasimində məktəbin şagirdləri qonaqlara gül dəstələri verib, onları ingilis dilində salamlayıblar.
Səfirliyin əməkdaşları müəllim və şagirdlərlə görüş keçirib, onları təlim resursları ilə tanış ediblər. Şagirdlərdən bir qrupuna fəal dil öyrənmə strategiyalarına dair təlim keçiblər. Musiqi ilə sintez edilən interaktiv metodlar əsasında keçirilən dərs müəllimlər, xüsusilə şagirdlər üçün çox maraqlı olub.
Müəllimlər üşün “Speaking games” və İnteractive tasks” mövzusunda wökşoplar keçirilib. Bu, müəllimlərin dərslərdə interaktiv metodlardan istifadəsi üçün faydalı bir təlim oldu.
Səfirlik tərəfindən müəllimlərə müxtəlif əyani vəsaitlər və kitablar təqdim olunub. Tədbirdən sonra qonaqlar xarici dil fənni üzrə dayaq məntəqəsində, Şükufə Nəcəfovanın işləri ilə yaxından tanış olublar.
Emi Peterson və Kevin Makkogi yaradılan şərait və göstərilən qonaqpərvərlik üçün rayon İcra Hakimiyyətinə, məktəb rəhbərliyinə və ingilis dili fənninin müəllimi Ş.Nəcəfovaya təşəkkür ediblər.
Ş.Soltanov

Şərh Yaz