Fəsillər
Fəsillər insanın ömrünə bənzər,
Yazda qönçələnər, yayda gül açar.
Payız xəzanında üşüyən vücud,
Qışda buz bağlamış məzardan qaçar.![]()
Fəsillər insanın özünə bənzər,
Baharı şənlənər ərköyün qıztək.
Yayı müdrikliyə bir addım gələr,
Г‡arəsiz dayanar hərdən payıztək.
Fəsillər dünyanın gözünə bənzər,
Biri ağlayanda, o biri gülər.
Bir ildə görünən insan ömrünü,
Dərk edən sevinə-sevinə ölər.
Fəsillər Tanrının izinə bənzər,
Uşaqkən verdiyin, qocaykən alar.
Bu dünya evindən həssas olan kəs,
Küsüb əbədilik cənnətdə qalar…
Şəhla Ramazanqızı
