Balaca səhnə ulduzları

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə İsmayıllı rayon Uşaq Kitabxanasında Rayon Təhsil Şöbəsinin təşkil etdiyi tədbir keçirilib. Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının fidanları hazırladıqları konsert proqramı ilə çıxış ediblər. Balacalar böyük istedad nümayiş etdiriblər.
Balaca səhnə ulduzları
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri, ümumtəhsil məktələrinin ibtidai sinif müəllimləri və valideyinlər iştirak ediblər.
Tədbir boyunca uşaqlar müxtəlif rəqslər, mahnılar ifa edərək, şerlər söyəyiblər. Gələcəyimiz olan körpə fidanlar bacarıqları ilə seyirçilərə kövrək anlar yaşadıblar.
Ana-övlad sevgisi, körpələrin analarına olan bağlılığı səsləndirilən hər bir ifada hiss olunub. Bu anlar tədbirin gözəlliyinə bir şirinlik qatıb.
S.Əhmədova, L.Əliyeva çıxışlarında balaca səhnə ulduzlarını, onların timsalında qadın və qızları gözəl gün münasibəti ilə təbrik edib, tədbirin təşkilində əziyyəti keçən hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon Təhsil Şöbəsinin metodisti Güllübəyim Lətifova çıxış edərək tədbirə qatılan qonaqlara minnətdarlığını bildirib, qadınları təbrik edərək onlara xoş arzularını çatdırıb. Təmsil etdiyi təşkilat adından gül ətirli fidan balalara bu günü xatırladacaq kiçik hədiyyələr verib.
Bağçanın tərbiyəçi müəllimləri Zümrüd Məhərrəmova və Sevinc Əsədovaya ”Uşaqların təlim-tərbiyəsində və ictimai işlərdəki səmərəli fəaliyyətinə görə” Rayon Təhsil Şöbəsi adından Fəxri fərman təqdim edib. Tədbir balacaların ömür boyu unutmayacağı xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.
Sevda İsmayılova,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz