Əcnəbi vətəndaşlar maarifləndirilir

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu Regional Miqrasiya İdarəsi (ARMİ) regionda uzun müddət sənədsiz, qeydiyyatsız yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə növbəti dəfə maarifləndirmə tədbiri keçirib.
İdarə tərəfindən xidmət ərazisinə aid, İsmayıllı rayonunda qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların Miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə ərazisində olma və yaşamalarının leqallaşdırılması və sənədləşdirilməsi, vətəndaşsızlıq hallarının azaldılması istiqamətində daim iş aparılır. DMX-i yaradılmasının 9-cu ildönümü münasibətilə aparılan silsilə tədbirlərin davamı olaraq 11 mart 2016-cı il tarixdə ARMİ əməkdaşları tərəfindən İsmayıllı rayonunun Qalagah kəndində bu kateqoriyadan olan şəxslərlə maariflənmə məqsədilə görüş keçirilib.
Əcnəbi vətəndaşlar maarifləndirilir
Keçirilmiş görüş zamanı, DMX-nin fəaliyyəti, ölkədə həyata keçirilən miqrasiya siyasəti, Miqrasiya Məcəlləsinin, eləcə də, yeni qəbul edilmiş İnzibati Xətalar Məcəlləsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı müvafiq tələblər tədbir iştirakçılarının diqqətinə çatdırılıb, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin mütləq qaydada Azərbaycan Respublikası ərazisində olma və yaxud yaşamasının leqallaşdırmasının vacibliyi qeyd edilib, inzibati qanunvericiliyin tələblərini pozan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyət daşıdıqları vurğulanıb.
Daha sonra, ARMİ əməkdaşları, əslən azərbaycanlı olan və Gürcüstandan İsmayıllı rayonunun Qalagah kəndinə köçərək orada məskunlaşmış sənədsiz və qeydiyyatsız yaşayan əcnəbilərlə müvafiq söhbətlər aparıb və vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Azərbaycanda sənədsiz və qeydiyyatsız yaşayanlara Miqrasiya Məcəlləsinin tələblərini pozan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin edilməsi məqsədilə, qanunvericilikdə tələb olunan sənədlərlə DMX-ə müraciət etmələri tövsiyyə olunub.
Ağsu Regional Miqrasiya İdarəsi bu sahədə tədbirlərin davam etdiriləcəyini bildirib.
Ş.Soltanov

Şərh Yaz