Velosipedçilərimizin rayon birinciliyi

İsmayıllı rayon Gənclər və İdman İdarəsi mart ayının 2-də İsmayıllı Olimpiya-İdman Kompileksində velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirib. Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov yarış iştirakçıları qarşısında çıxış edib. O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. Yarış iştirakçılarını 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib.
Velosipedçilərimizin rayon birinciliyi
Sonra Velosiped İdman Federasiyasının İsmayıllı rayon üzrə məşqçisi Anar Həsənəv yarışın keçirilməsi qaydaları haqqında idmançılara məlumat verib.
Komanda şəklində keçirilən yarışda I yerə Olimpiya-İdman Kompleksi, II yerə “Həvəskarlar”, III yerə isə “Olimpiya” komandası sahib olub. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif ediliblər.
Əli İmamverdiyev

Şərh Yaz