Əsgər oğlum Cəlalın doğum gününə

Başının üstündən sərt yel əsməsin,
Yolunu qar, çovğun, boran kəsməsin.
Nə dostun, nə də yad səndən küsməsin,
Qoy keçsin fərəhlə illərin, oğlum.
Oğlum
Ömrümə doğuldun sən səhər kimi,
Böyüdün mübariz bir əsgər kimi.
Vətən keşiyində igid, ər kimi,
Silahdan yapışıb əllərin, oğlum.

Səni düşündükcə, saldıqca yada,
Sanıram ən xoşbəxt mənəm dünyada.
Dar gündə yetəsən haraya, dada,
Xoşbəxti olasan ellərin, oğlum.

Layiqli övlad ol vətənə, elə
Ömründən anı da sovurma yelə.
Bəxtəvər günlərin öndədir hələ,
Dönsün gülüstana çöllərin, oğlum.

Ad günün mübarək, gözümün nuru,
Vətən də anadır, ananı qoru.
Qanına qəltən et xain nankoru,
Şirin nəğməsi ol dillərin, oğlum.
Xuraman Baxış

Şərh Yaz