Azərbaycan xalqının qanlı tarixi

Azərbaycan xalqının qanlı tarixiYAP İsmayıllı rayon təşkilatı Qalınçaq kəndində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib və faciənin statistikası barədə geniş məlumat verib.
Cinayətin cəzasız qalmayacağına əminlik ifadə edən Ə.Vahabova qeyd edib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. İndiyədək Azərbaycana münasibətdə hökm sürən ikili standartların nəticəsidir ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməyiblər.
Tədbirdə YAP fəalları Ərəstun Tarverdiyev, Vəzirxan Fətəliyev, Xalid Seyidov, Qabil Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdiyi məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Bu faciə layiqli hüquqi qiymətini tapacaq.
Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət kompaniyası” dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında böyük işlər görülür.
İnanırıq ki, Azərbaycanın haqq işi qalib gələcəkdir. Faciə qurbanlarının qanı yerdə qalmayacaqdır. Düşmən əsirliyində olan Xocalı azadlığa qovuşacaq, işğaldan azad olunacaqdır.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri

Şərh Yaz