Soyqırımın 24-cü ildönümü qeyd olunub

Soyqırımın 24-cü ildönümü qeyd olunubFevralın 22-də Rayon Mədəniyyət və Turizm Şöbəsinin Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı keçirdiyi tədbir rayon Uşaq kitabxanasında reallaşıb. 80 nəfərin iştirak etdiyi tədbirdə rayon Mədəniyyət Mərkəzinin direktoru Təhmiraz Bayramov, şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Turanə Əzizova çıxış ediblər. Onlar Xocalı faciəsi, erməni faşistlərinin törətdikləri qətliamlar barədə tədbir iştirakçılarına məlumatlar veriblər. Sonda Vahid Mustafayevin “Xoca” filmi nümayiş etdirilib.
Tədbirdə RİH-nin, RTŞ-nin, RMTŞ-nin, RGİİ-nin nümayəndələri iştirak ediblər.
İnqa Namazova,
kitabxananın işçisi

Şərh Yaz