Ağır Atletika üzrə 10-cu Respublika çempionatı

Ağır Atletika üzrə 10-cu Respublika çempionatı19 fevral 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında Ağır Atletika üzrə 10-cu Respublika çempionatının təntənəli açılış mərasimi
keçirilib.
Keçirilən tədbirdə 17 rayondan 100-dən çox idmançı iştirak edib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi Rövşən Yəhyayev, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov iştirak ediblər. Gənclər və İdman Nazirliyinin sektor müdrü Fəxrəddin İsmayılov və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış, edib son illər ərzində Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıblar. Bildirdilər ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada ağır atletika xüsusi yer tutur. Ölkəmizdə ağır atletika tarixən geniş yayılan idman növlərindən biri olub. Natiqlər vurğulayıblar ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə yarış açıq elan olunub.
RİH-nin məsul işçisi Rövşən Yəhyayev RİH başçısı adından qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Gənclər və İdman Nazirliyinin sektor müdiri Mütalib Həsənov İsmayıllı Olimpiya-İdman Kompleksində yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Leyla Nadirqızı

Şərh Yaz