Riyaziyyat fənninin elektron lövhədə tədrisi

Riyaziyyat fənninin elektron lövhədə tədrisiPedaqoji fəaliyyətim təhsil sahəsində aparılan islahatlar dövrünə təsadüf etdiyindən gənc müəllim kimi yeniliklərlə maraqlanmağa, öyrəndiklərimi tədris prosesində tətbiq etməyə çalışıram. Bu gün təhsilimiz bilikyönümlü təlimdən nəticəyönümlü təlimə keçid dövrünü yaşayır. Zaman məktəbə başqa tələblər təklif edir. Müasir təhsilimizin əsas vəzifəsi şagirdlərdə həyati bacarıqları formalaşdırmaq, onları həyata hazırlamaqdır. Məqsəd şagirdlərə biliyi hazır şəkildə vermək deyil, bu bilikləri əldə etməyin yollarını öyrətməkdir. Bu baxımdan şagird fəaliyyətini təşkil edən, bu fəaliyyətlə onlarda idrakı, yaradıcı bacarıqları inkişaf etdirən fəal təlim aktuallıq kəsb edir. Fəal təlimlə qurulan dərslər bir bilik yarışına çevrilir. Mən, Mursalova Aybəniz Eyvaz qızı 1999-cu ildən İsmayıllı rayon Cülyan kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamışam.Riyaziyyat fənninin elektron lövhədə tədrisiPedaqoji fəaliyyətim təhsil sahəsində aparılan islahatlar dövrünə təsadüf etdiyindən gənc müəllim kimi yeniliklərlə maraqlanmağa, öyrəndiklərimi tədris prosesində tətbiq etməyə çalışıram. Bu gün təhsilimiz bilikyönümlü təlimdən nəticəyönümlü təlimə keçid dövrünü yaşayır. Zaman məktəbə başqa tələblər təklif edir. Müasir təhsilimizin əsas vəzifəsi şagirdlərdə həyati bacarıqları formalaşdırmaq, onları həyata hazırlamaqdır. Məqsəd şagirdlərə biliyi hazır şəkildə vermək deyil, bu bilikləri əldə etməyin yollarını öyrətməkdir. Bu baxımdan şagird fəaliyyətini təşkil edən, bu fəaliyyətlə onlarda idrakı, yaradıcı bacarıqları inkişaf etdirən fəal təlim aktuallıq kəsb edir. Fəal təlimlə qurulan dərslər bir bilik yarışına çevrilir. Mən, Mursalova Aybəniz Eyvaz qızı 1999-cu ildən İsmayıllı rayon Cülyan kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamışam.
Riyaziyyat müəllimi kimi, kurikulum tətbiqi ilə bağlı müəyyən təcrübə qazanmışam. Ənənəvi tədris proqramından fərqli olaraq, kurikulumda təlim məqsədləri konkret şəkildə verilən standartların reallaşmasına xidmət edir. Müəllimin qarşısında duran əsas vəzifə isə şagirdin marağını nəzərə almaqdır. Mütləq sinifdə hər bir şagirdin xarakterik xüsusiyyəti nəzərə alınmalıdır.
Tədris ocaqlarında təhsil alan şagirdlərin motivləri müxtəlifdir. Dərsə xüsusi maraq göstərən, yenilikləri öyrənməyə səy göstərənlərlə yanaşı, dərsin ona nə verəcəyinin marağında olmayan şagirdlər də vardır. Bu amillərin hamısı dərsdə çoxlu situasiyaların baş verməsinə səbəb olur. Odur ki, bütün vəziyyətləri nəzərə alıb, tədris prosesində idrak fəaliyyətini vahid məqsədə yönəltmək müəllimin şəxsi yaradıcılığı ilə bağlıdır.
İKT-nin inkişaf etdiyi bir dövrdə müəllim şagirdlərlə daha keyfiyyətli, səmərəli ünsiyyət qurmaq üçün elektron dərslərə üstünlük verir. Son illərdə məktəblərin PROMETHEAN ACTİVBOARD tipli interaktiv lövhələr ilə təchizi göstərir ki, bu şagirdlərin dərs prosesində dərsə olan marağını daha da artırır. Adi dərslərdən fərqli olaraq, kompyuterlə aparılan təlim uşaqlar üçün cəlbedici və yaddaqalan olur. Rəngarəng, görüntülü dərslər şagirdlərin fənnə marağını artırır, diqqətini yalnız lövhəyə cəmləyir. Sinfə gətirilə bilinməyən və yaxud tapılmayan əyani vəsaitləri bu lövhədə asanlıqla nümayiş etdirmək mümkün olur.
Tədris etdiyim riyaziyyat dərsində tez-tez istifadə etdiyim və şagirdlərin çox sevdikləri interaktiv tapşırıqlardan bəzi nümunələri misal çəkmək istərdim. SEHRLİ QƏLƏM, KROSSVORD, PAZLLAR, lövhənin yaddaşına elektron disklər, videoçarxlar, tədris olunan mövzularla bağlı təqdimatlar yerləşdirmək mümkündür. Bu cür təlimin ən böyük üstünlüyü birbaşa internetə bağlanmaq funksiyasıdır. Məlumatlar bazasından istənilən dərs vəsaitinin elektron versiyası yüklənir və tədris prosesində istifadə olunur. Promethean lövhədən istifadə dərsi daha dinamik edir. Şagirdlər istənilən həndəsi fiqurları bu möcüzəli ekranda izləyə bilir. Bu da şagirdlərə nəzəri-praktiki bilikləri, bacarıq və vərdişləri inteqrasiya etməklə tədris prosesini daha da canlandırır. Təlimin bu növü şagirdlərin yaradıcı təfəkkürü, dərs materialını dərketmə qabiliyyətini daha da artırır. Bu lövhədə keçirilən dərslər passiv şagirdlərdə də böyük maraq oyadır. Məncə, dözümlülük, hörmət, əməkdaşlıq etmək dərslərdə yaradıcı mühitin təşkili üçün vacib amillərdəndir. Şagirdlərdə bu keyfiyyətin formalaşması üçün müəllim bütün bilik və bacarığını səfərbər etməlidir.
Bir neçə gün əvvəl açıq dərsim oldu. Həyəcanlı idim. Amma hər şey yaxşı oldu. Dərs qonaqların, şagirdlərin də xoşuna gəldi, vaxtın necə gəlib keçdiyini hiss etmədik. Qarşılıqlı anlayış, istifadə olunan metodika və müəllim-tələbə yaradıcılığı öz işini gördü. Şagirdlər öz fəallığı, bilikləri ilə təkcə məni deyil, dərsdə iştirak edən müəllimləri də sevindirdilər.
Acıq dərsdə iştirak edəcək müəllimləri dərsin planı ilə məlumatlandırmaq məqsədi ilə qabaqcadan buklet hazırlamışdım. Burada dərsin mövzusu, məqsədi, quruluşu, açıq dərsin əsasını təşkil edən elmi və metodiki yeniliklər əks olunmuşdu.
Dərs “Cəbr və analizin başlanğıcı” fənni üzrə “Permutasiya” mövzusunda idi. Dərsin məqsədi mövzunu təkrar etmək, ümumiləşdirmək, qazanılmış nəzəri bilikləri məsələ həllinə tətbiq etmək, tələbələrin yaradıcı təfəkkürünü formalaşdırmaq və tədqiqat fəaliyyətini həyata keçirmək, qrupda işlədiklərinə görə qarşılıqlı yardım, məsuliyyət hissi və sair bu kimi qabiliyyətləri inkişaf etdirmək idi. Açıq dərs ənənəvi dərs strukturunu saxlayaraq, İKT-nin tətbiqi ilə, Promethean lövhədə yeni təlim üsullarına əsaslanaraq keçirildi. Keçmiş dərsin təkrarını oyun formasında aparmaq qərarına gələrək bu məqsədlə xüsusi təqdimat hazırlamışdım. Təqdimat zamanı tələbələri 2 qrupa bölüb yarış keçirdik. Yarışda krossvorddan və coğrafiya fənnini inteqrasiya ederək maraqlı yarışma keçirtdim, ballar hesablandı və qaliblər müəyyən olundu.
Permutasiyanın əsas xassələrini əks etdirən plakatlarla iş, teoremlərə görə düsturlarının yazılması, elektron testlərinin həlli kimi ciddi tapşırıqlardan sonra əyləncə tipli dəqiqələr xüsusi maraq yaratdı. Burada tələbələrin yaradıcılıq işləri nümayiş etdirildi, riyazi rebusların cavabları tapıldı. Faktorialın tətbiqi ilə verilmiş tapşırıqları araşdırmaq tələbələrə tapşırıldı. Ev tapşırıqları verildikdən və qiymətləndirmə aparıldıqdan sonra dərsin sonunda maraqlı riyazi krossvord həll edildi.
Beləliklə, klassik quruluşunu saxlayaraq yeniliklərlə, müəllif işləri ilə zəngin bir dərs sona yetdi.
Aybəniz Mursalova,
Cülyan kənd tam orta məktəbinin riyaziyyat müəllimi

Şərh Yaz