Yaddas kitabcasi

Faşistləri mat qoyan soyqırım

Faşistləri  mat qoyan soyqırımİnsan fərd olaraq ruh və bədəndən ibarətdir. Orqanizmi pozulanları sağaltmaq, həyata qaytarmaq olur. Lakin ruhu zədəli olanlara isə ulu Tanrıdan savayı heç kim kömək ola bilməz. Genetik olaraq lənətlənmiş, ruhu xəstəlikdən əziyyət çəkən, mənfur qonşularımız, insanlığa rəzalət olan erməni terrorçuları tarix boyu öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət axtarmış və ilk əldə etdikləri fürsətdə millətimizə ağır zərbələr vurmuş, türk xalqının soyqırımını reallaşdırmağa çalışmışlar. Azərbaycanlı olaraq biz isə əlimizə düşən ilk fürsətdə bütün düşmənlərimiz kimi erməniləri də bağışlamış, onlara öz isti yuvamızda, müqəddəs torpaqlarımızda sığınacaq vermişik.Faşistləri  mat qoyan soyqırım
İnsan fərd olaraq ruh və bədəndən ibarətdir. Orqanizmi pozulanları sağaltmaq, həyata qaytarmaq olur. Lakin ruhu zədəli olanlara isə ulu Tanrıdan savayı heç kim kömək ola bilməz. Genetik olaraq lənətlənmiş, ruhu xəstəlikdən əziyyət çəkən, mənfur qonşularımız, insanlığa rəzalət olan erməni terrorçuları tarix boyu öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət axtarmış və ilk əldə etdikləri fürsətdə millətimizə ağır zərbələr vurmuş, türk xalqının soyqırımını reallaşdırmağa çalışmışlar. Azərbaycanlı olaraq biz isə əlimizə düşən ilk fürsətdə bütün düşmənlərimiz kimi erməniləri də bağışlamış, onlara öz isti yuvamızda, müqəddəs torpaqlarımızda sığınacaq vermişik.
Suyumuzu içib, çörəyimizi yeyən nankor ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün növbəti dəfə 1992-ci ildə məqam tapdılar. Həmin fürsət günü Azərbaycan və dünya tarixinə qanla yazılmış 26 fevral tarixidir.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhəri işğal edildi, azərbaycanlılara qarşı soyqırım reallaşdırıldı. Bu faciə Dağlıq Qarabağ münaqişəsi və dünya savaşından bəri baş vermiş ən dəhşətli soyqırımdır. Bu hadisələri təsvir etməyə belə insanın ruhu və ürəyi tab gətirmir.
XX əsrin faciəsi adlandırılan Xocalı soyqırımı zamanı Azərbaycan xalqı minlərlə övladını qurban vermişdir. Həmin tarixə qədər ən dəhşətli hadisələrin pik nöqtəsində alman faşistlərinin törətdiyi Xatın faciəsi dayanırdısa, erməni vandallarının törətdiyi Xocalı faciəsi ondan daha dəhşətli bir akt kimi dünya tarixinə yazıldı. Xatın şəhərinin yandırılaraq məhv edilmişdi, Xocalıda daha amansız səhnələrlə reallaşdırıldı.
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış, təqribən 2500 nəfər olan əliyalın dinc sakin Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma artıq yer üzündən silinmiş şəhəri tərk edən Xocalı sakinləri ölümləri, yaralanmaları, əsir götürülmələri ilə üzləşdilər.
İnsanlıqdan məhrum erməni qadınları, uşaqları süngüyə keçirir, məsum körpələri dəmir çənlərə yığıb qaynaq edərək yandırır, qundaqda olan körpələri analarının gözü qarşısında tonqala atır, köməksiz insanların başının dərisini soyur, gözlərini, dişlərini və dırnaqlarını çıxarırdılar. Erməni cəlladları bütün bu və sadalayanda tab gətirə bilmədiyim bir çox amansız cəza növlərini günahsız, dinc əhaliyə tətbiq edərkən sanki özlərini bir qəhrəman hesab edirdilər. Bu da onu sübut edir ki, həqiqətən bir millət olaraq ermənilər ruhən xəstə və öz yalanlarına zaman-zaman inanmış insanşəkilli vəhşilərdirlər.
Ermənilərin törətdiyi vandalizm, vəhşət dünya tarixində soyqırım əməlləri ilə iz qoymuş faşistləri belə mat qoydu.
Əslində, Xocalı faciəsinə bənzər terror aktları bu gün də davam etdirilir. Zamanında Azərbaycanın haqq səsinə haray verməyən beynəlxalq güclər, böyük dövlətlər bu gün baş alıb gedən terrorun da qarşısını almaq iqtidarında deyillər və bu haqda fikirləşmirlər də. Səbəb sadədir. Xocalıda baş verən terror faktını vaxtında dünya birliyi tərəfindən pislənsə və günahkarlar cəzalandırılsaydı, terrorizm bugünkü qədər geniş meydan tutmazdı.
Elnarə Günəş

Şərh Yaz