Bir də görürsən ki…

Bir də görürsən ki...Г‡oxdan idi qələmimi itirmişdim. Köhnə tiplərin təzə təsvirini verə bilmirdim. Lakin sayt əməkdaşı, jurnalist adına rast gəldiyim bəzilərinin hərəkəti məni borc olaraq götürdüyüm qələmi işə salmağa məcbur etdi.
Rast gəldiyim halları tam yazmalı olsam, “İsmayıllı xəbərləri” qəzetinin bütün səhifələri mənə bəs etməz. Amma ki, onlardan bəzilərinin bir-iki əndrəbadi hərəkətini diqqətinizə çatdırmaq istərdim.
Bir də görürsən ki, birisi 40 ildən qalma köhnə torbasını vurub qoltuğuna, gəlir və əzilmiş, bükülmüş, qara rəngə boyanmış kağız parçasını torbadan çıxarıb deyir:
“Bax, gör rayonunuzdan necə gözəl bir məqalə yazmışam”?!. Baxmıram, çünki məzmun təkrardır, köhnədir, cındırdır və mənə tanışdır. Cavabım bu olur:
– Hacı Qara komediyasını oxumusan? Orada təsvir olunur ki, parçası, qumaşı satılmayan Hacı Qara pəjmürdə vəziyyətdə oturub Ağcabədi bazarında. Molla gəlir ki, Hacı, dədənə Quran oxumuşam, bir abbası ver.
Hacı cavabında deyir:
– Sənə kim demişdi ki, dədəmə Quran oxuyasan? Mən pulnan dədəmə Quran oxutmuram. Lazım olanda özüm oxuyuram.
Başa düşən birdəfəlik gedir, başa düşməyən isə sintərib durur. Belələrindən birinə: Gələndə hansı yolla gəlmisən? – deyə sual etdim. Yuxarı ilə gəldim, – deyə sualımı cavablandırdı. Məqsədimi anlamayan həmsöhbətimə: Gedəndə də həmin yolla get ki, azıb eləməyəsən, – dedim. O gedən oldu. Ondan sonra heç görüşməmişik.
***
Bəzi saytlarda və əncir yaprağı qədər məzmunu olan qəzetlərdə “işləyənlər” yeni cibəgirmə üsulu tapıblar. ”Etibarlı mənbədən aldığımız məlumat” uydurması ilə özlərinin və bütün nəsillərinin yuxuda gördüklərinə şər-böhtan donu geyindirib, kiminsə ünvanına yönəldirirlər. Yanvarda tərif yazıb, fevralda həmin ünvana qara yaxırlar. Qara gəlsin belələrinin jurnalistliyi, “yazarlığı”, kəsilsin bazarlığı. Bu beyindənməhrumlar başa düşmürlər ki, dünən öydüklərini bu gün söyməklə özlərini danır, çoxüzlü olduqlarını ortaya qoyurlar.
***
“Г‡arli Г‡aplin” kinosu qocaman, diqqətli tamaşaçıların yadına gələr. Orada hazırda pislədiyim məsələyə oxşar, ibrətamiz bir səhnə var. Г‡arli Г‡aplin şüşəsalandır. Oğlunu qabaqcadan göndərir şüşələri sındırmağa, sonra özü gedib haqqını almaqla şüşələri salır. Bəzi saxta mətbuat, sayt, portal əməkdaşları da bu yolu tutub, bu yolla gedir. Sayta eybəcər bir cızmaqaranı yerləşdirməyi oğluna və ya xalası oğluna tapşırır, sonra isə gəlir ki, mən o yazını götüzdürə bilərəm. Beləsinə nə ad vermək olar? Nəticəni oxucuların ümidinə buraxıram.
****
Bir də baxırsan ki, baş redaktor vəsiqəsi ilə biri təşrif buyurub İsmayıllıya. Görüşüb məqsədini soruşuram (Əslində qəzetdə işləyən tək özüdür. Redaktor, şöbə müdiri, müxbir, fotoqraf və sairlər də özüdür).
Deyir:
– Bir-iki idarəyə tapşırın, məni qəbul eləsinlər.
– Məqsədiniz nədir?
– Müsahibə almaq istəyirəm. Bilirsiz ki, Bakıdan maşın tutub gəlmişəm. Günorta nahar eləməliyəm, qayıtmalıyam. Sürücünün pulunu verməliyəm. Odur ki, istəyirəm 2-3 nəfərdən müsahibə alım. Mümkün qədər üzüyola adamlar olsun.
– Kimə desən, müsahibə verəcək. Müsahibədən sonra isə bizdə kiməsə nəsə vermək üçün heç bir şey yoxdur. Bu dəmdə bilirsiz, qanı necə qaralır həmsöhbətimin?
***
Bir də görürsən ki, saytların birindən məktub gəlir: “Biz həmyerliniz olan Filankəsov Filankəsi bölgə müxbirliyinə qəbul etmişik. Onun peşə fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməyinizi xahiş edirik”. Məktubda adı göstəriləni biz onlardan yaxşı tanıyırıq axı. Bu binəva hansı peşə sahibidir, ixtisası nədir? Doyunca məktəb üzü görübmü? Bu suallara cavab ancaq “yox”dan ibarət olur. Bəs bu oğlana və ya qıza nə məqsədlə vəsiqə verilib? Aydın olur ki, bu təzətər müxbir şər, böhtan, yalan, iftira yazmaq ixtisasına çoxdan yiyələnib.
***
Əziz oxucular, hamınız yaxşı bilirsiniz ki, şeir yazan deyiləm. Amma yeri gələndə bəzi fikirləri nəzmə çəkməyi də tərgidə bilmirəm. Odur ki, diqqətiniz məndə olsun:

Nala vurur, mıx da batır gözünə,
Lənət yağır sifətinə, sözünə.
Sayt adına açıb çirkab quyusu,
Söyür hamı astarına, üzünə

Yaxşını görəndə piltəsiz yanır,
Şər oğlu şər nə ar edir, utanır.
Puldan ötrü zatını da o danır,
Öz əliylə quyu qazır özünə

Yalanla böyüyüb, ”sədəqə” alıb,
Oğrudur, meylini ciblərə salıb.
Rəzillikdə, şükür, o tənha qalıb,
Əzrayıl da yaman düşüb izinə.

Gözündən cin yağır, baxışından kin,
İnsanlıq gözləmək ondan çox çətin.
Şər-xəta yolunda dayanıb “mətin”
Həya gəlməz bundan belə üzünə.

Qələmi qırılır, kağızı yanır,
Dünən aldığını bu gün tez danır.
Bu rəzil vücudu çoxları tanır.
Evi də bənzəyir qoyun küzünə.

Bir cavan jurnalist, üzündə işıq,
Şər-böhtan yazının zatı qarışıq.
Dolaşır ayağa, sanki sarmaşıq,
Lənət olsun belə adı gizlinə.
S. Valeh

Şərh Yaz