Əziz oxucumuz!

Əziz oxucumuz! Hazırda əlinizdə saxladığınız qəzet “İsmayıllı xəbərləri”nin 250-ci nömdəsidir. Fikrimizcə, bu kiçik bir yubileydir. Ötən müddət ərzində qəzetimizə dəstək duran, abunə olan, bizimlə əməkdaşlıq edən hər kəsə minnətdarlıq edirik.
Başlanğıcda ayda bir dəfə, 8 səhifə ilə çıxan qəzet hazırda, hər ay 24-32 səhifə ilə görüşünüzə gəlir. Bu inkişaf birmənalı şəkildə Azərbaycanın mirvarisi olan İsmayıllımızın inkişafıdır.Əziz oxucumuz! Hazırda əlinizdə saxladığınız qəzet “İsmayıllı xəbərləri”nin 250-ci nömdəsidir. Fikrimizcə, bu kiçik bir yubileydir. Ötən müddət ərzində qəzetimizə dəstək duran, abunə olan, bizimlə əməkdaşlıq edən hər kəsə minnətdarlıq edirik.
Başlanğıcda ayda bir dəfə, 8 səhifə ilə çıxan qəzet hazırda, hər ay 24-32 səhifə ilə görüşünüzə gəlir. Bu inkişaf birmənalı şəkildə Azərbaycanın mirvarisi olan İsmayıllımızın inkişafıdır. Həsən Bəy Zərdabinin: “Qəzet mənsub olduğu ərazinin aynasıdır” deməsi bu məqamda bir daha təsdiqini tapır.
Qəzetimizin ismayilli-xeberleri.info saytının izlənmə sayğacı aydın göstərir ki, yeni nömrələrimizin işıq üzü görməsini dünyanın hər yerində gözləyirlər. Əlbəttə, uzaqdan-uzağa İsmayıllı ilə maraqlananlar üçün sayt çox münasib və yetərli vasitədir. Bu bizə də məmnunluq bəxş edir.
Amma çox istərdik ki, İsmayıllı yetirmələri, İsmayıllıda yaşayanlar, maliyyə imkanları, ziyalılıq səviyyələri kifayət qədər yüksək olanlar xüsusi təəssübkeşliklə qəzetimizin abunəçisi, oxucusu olsunlar.
Bu xahişimizi həm də doğma yurda bağlılığınızı büruzə vermək üçün fürsət kimi qəbul edin, əziz ismayıllılar!
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti

Şərh Yaz